Paşinyanın avantürizmi və ermənilər üçün TƏHLÜKƏLİ İLLÜZİYALAR - TƏHLİL
Proseslərin gedişindən açıq-aydın görünür ki, Ermənistan rəhbərliyi hiyləgər geosiyasi manevrlərlə məşğuldur və Azərbaycanla sülh imzalamağa tələsmir. Daha doğrusu, Ermənistan tərəfi vaxt qazanmaq üçün müxtəlif istiqamətli oyunlar oynayır. Bu oyunlarda məqsəd isə haradansa kömək gözləməkdir və vaxtı da ona görə uzadırlar. Amma bir həqiqəti dərk edə bilmirlər ki, bunlar xam xəyallardır və bu xəyallara istinad edib illüziyalar göstərmək, kütləni qızışdırmaq bütövlükdə erməni cəmiyyətinə baha başa gələ bilər və bütün bunlar haylar üçün çox təhlükəlidir.
Ermənistanın baş naziri Nikol Paşinyan mütəmadi olaraq sülh müqaviləsindən danışır, bu barədə fikirlər səsləndirir və elə bir görüntü yaradır ki, guya onun özü də, ölkəsi də həmin müqaviləni birinci dərəcəli vacib məsələ hesab edir. Əslində isə, sülh müqaviləsi Paşinyan üçün bir növ, arxa plandadır. Haylar isə hələ də bu müqavilənin onlar üçün xilas yolu olduğunu dərk edə bilməyən kimi görünür, əks halda, sülh müqaviləsini təcili şəkildə imzalamağa israrlı olardılar, ölkə hakimiyyətindən bunun təcili şəkildə reallaşmasını tələb edərdilər və məsələ uzanmaz, indiyə belə qalmazdı. Lakin sazişlə bağlı məsələlərin həllində və imzalanmaya doğru irəliləyişdə real addımlar qarşı tərəfdən hiss olunmur. İndi Paşinyan ancaq Rusiya və Qərblə maraqlanır ki, hansısa tərəfi bölgəyə cəlb etsin. Hayların isə çətin ki, hayına bu dəfə yetişən ola, çünki ruslar da, avropalılar da, Qərb də üzlərinə, daha doğrusu, üzsüzlüklərinə tamamilə bələddirlər.
Bəli, sülh prosesi artıq dalana dirənib. Bunu beynəlxaq aləm də yaxşı görür və nə demək olduğunu dərk edir, baxmayaraq ki, haylar bunun fərqində deyillər. Ara-sıra bəzi fikirlər səsləndirməklə dünya ictimaiyyətini aldatmaq istəyən ermənilər özlərini aldatdıqlarını, quyunun dibinə özlərini saldıqlarını dərk edə, anlaya bilmirlər. Məsələn, Ermənistan Milli Assambleyasında çıxış edən xarici işlər naziri Ararat Mirzoyan gözdən pərdə asan fikirlər səsləndirməklə işini bitmiş hesab edir və bununla da özü və ölkəsi üçün fəlakəti yaxınlaşdırır. Daha dəqiq desək, dinc münasibətlərin qurulmasına dair sazişin beşinci variantına Azərbaycan tərəfinin cavab verdiyini və yeni təkliflər təqdim etdiyini təsdiqləyən Ermənistan XİN rəhbəri eyni ilə Paşinyan kimi illüziyalardan istifadə edərək xalqınıb başını aldadıb müvəqqəti də olsa, sakitləşdirmək niyyəti güdür. Halbuki, tərəflərin mövqelərinin hələ də bir-birindən kifayət qədər uzaq olduğunu təsdiq edən çox mühüm məqamlar var, Ermənistan rəhbərliyi öz ölkəsinin vətəndaşlarına nə qədər illüziyalar göstərməyə qalxsa da.
Ermənistan rəhbərliyi çox təhlükəli oyunlara baş vurmaqda davam edir və deyəsən, nəticəsini ağlına belə gətirə bilmir. Avropanın liberal nəşri “Politico”ya müsahibəsində Rusiyaya hücum edən Nikol Paşinyan, belə görünür ki, odla oynadığını ya dərk etmir, ya da bunu ciddiyə almaq istəmir. Özünü Qərbin marioneti kimi nümayişkəranə şəkildə göstərən Nikolun özünü sadiq nökər kimi göstərməsi anlaşılandır. Onun hərəkətləri, ifadələri mövqe nümayişi deyil, özünü Qərbin ayaqları altına atması, qul kimi əmrlərinə müntəzir olduğunu göstərməsi, istənilən müstəvidə Qərbin qurduğu “səhnə”də rol oynamağa, istədiyi kimi çıxış etməyə hazır olduğunu nümayiş etdirməsidir. Bunu Rusiya tərəfi daha yaxşı və Qərbin özündən də daha tez dərk edib. Əbəs yerə deyildi ki, rəsmlər tərəfindən, ələlxüsus da Rusiya XİN rəsmisi Mariya Zaxarova tərəfindən reaksiya verildiyinin şahidi olduq. Paşinyanın teatral anti-Rusiya bəyanatları artıq İrəvan üçün “bəla” vəd edir. Çünki Rusiyanın bundan sonra səbr kəsasında qətiyyən yer görünmür və dolmuş sayılır. Deməli, istənilən halda, istənilən anda İrəvanda hiyləgər ermənilərin belə təsəvvürünə gəlməyən “nə isə” baş verə bilər və bu, haylar üçün sonun başlanğıcı olar. Bu zaman illüziyaları işə yaraya bilməz, əksinə, daha təhlükəli sonluğa rəvac verər.
Ermənistan lideri çərşənbə günü yenidən rus qüvvələrinin Qarabağda sülhməramlılıq vəzifəsini yerinə yetirə bilməməsindən şikayətlənib və təəssüflənib. Onun bəyanatına diplomatik rakursdan baxdıqda bəlli olur ki, Ermənistan Rusiyanın təhlükəsizlik zəmanətlərindən, də özündən də artıq imtina etmək niyyətindədir. Hətta bu niyyətini nəinki gizlətməyib, əksinə, bunu Qərbə doğru növbəti addımı kimi göstərir və Ermənistanın təhlükəsizlik məsələlərində Rusiyadan asılılığının səhv olduğunu az qala boynubükük şəkildə guya etiraf edir ki, Qərbi aldatsın. Yəni, Ermənistan höküməti təkcə erməni cəmiyyəti deyil, bütövlükdə Qərb üçün illüziyalar göstərməkdədir. Bununla Ermənistan hakimiyyəti tərəfindən hətta Qərbə ismarıc da verilir ki, Rusiyanın bölgədən çıxması barədə danışmağın vaxtıdır. Bir sözlə, Paşinyan və onun hakimiyyət komandası Rusiyanı Qərbin ayaqları altına atdıqlarını açıq şəkildə ifadə edir, etiraf edir, hansıki Kremlin buna reaksiyası özünü çox gözlədə bilməz. Tezliklə müşahidə edəcəklərimiz Paşinyanın avantürizminin, illüziyalarının məntiqi nəticəsi, ola bilsin ki, hətta sonluğu olar.
Doğrudur, Paşinyanın Rusiyadan uzaqlaşmaq niyyəti Ermənistanın son xarici siyasət kursunda açıq şəkildə öz əksini tapıb. Məsələn, Laçın yolu ilə bağlı çıxılmaz vəziyyətlə üzləşən Paşinyan sonuncu dəfə telefonla Makrona, Şolza, Raisiyə, Qaribaşviliyə və Blinkenə zəng edib, danışıb. Amma Paşinyan Putinə zəng etməyib. Hətta bunu Ermənistan İctimai Televiziyasının efirində “izah” da edib və bildirib ki, dekabrdan bəri Rusiya prezidenti ilə artıq on dəfədən çox danışıb və indi heç bir “zərurət” yoxdur. Rusiya lideri də ona cavabına çox gözlətməyib və tam adekvat cavab verib. Çərşənbə axşamı Putin cavab olaraq deyib ki, o da Paşinyanla danışmağa “ehtiyac” görmür. Yəni, hər dəfə öz təmkini ilə fərqlənən Rusiya tərəfinin kəskin şəkildə cavab verməsi məsələnin nə yerdə olduğu barədə aydın təsəvvür yaradır.
Ermənistan rəhbərliyi hazırda “Qərbə doğru” irəliləmək cəhdinə öz xislətində haqq qazandırır və Rusiya Federasiyası ilə Qərb arasında mövcud qarşıdurmaya istinad da edir. “Rusiyanın özünün silah və sursata ehtiyacı var və buna görə də “istəsə belə, Ermənistanın təhlükəsizlik ehtiyaclarını təmin edə bilməyəcək”, deməklə Nikol Paşinyan “La Repubblica”ya müsahibəsində aydın şəkildə ifadə edib ki, artıq Rusiyanın köməyinə ümid etmir deyə, Moskvanı kömək etmək gücündə hesab etmir deyə, bu zamana qədərki münasibətlərini nəzərə belə almadan atıb getmək niyyətindədir. Yəni, rusların bu zamana qədər ermənilər, daha doğrusu haylar üçün etdikləri, onlara torpaqlar, məskunlaşma yeri verdiyi, dəstəyini bir an belə saxlamadığı, gecikdirmədiyi halda, ermənilər onları zəif gördükdə atıb gedirlər. Əlbəttə ki, xalqımız erməni xislətini, xəyanətkar xislətini yaxşı bilir və niyyətimiz bu barədə bir daha təkrarlamaq deyil. Əsas məqam bu xain xisləti rusların bir daha görməsidir. Hər halda, Paşinyan və onun komandasının 2010-cu illərdə Ermənistanın Rusiya ilə bağlı bütün inteqrasiya birliklərindən çıxması və Moskvanı ümumi şəkildə tərk etməsi şüarları ilə hakimiyyətə gedən yola başladığını da Kreml unutmayıb və işğalçı ölkə hakimiyyətinin son sayıqlamalarından sonra “layiqincə” qiymətləndiriləcəyi şübhə doğura bilməz.
Hayların xainlikləri özlərinə qalır və yardım istəkləri mənasızdır, çünki unudurlar ki, Rusiya Ukrayna ilə müharibə edirsə, Qərb də Rusiya ilə döyüşür. Belə olan halda, əgər Rusiya Ermənistana kömək edə bilmirsə, Qərb necə, kömək edə bilərmi? Axı Ukrayna ilə təkcə Rusiya məşğul deyil, Qərb də onunla məşğuldur. Bundan əlavə, Qərb getdikcə Çinlə bağlı məsələlərlə daha çox məşğul olmaqdadır. Çünki Çinin indi Qərb üçün nə demək olduğu, necə maraqlı tərəf olduğu qəbul olunur. Bəs yaxşı, Ermənistan Qərb üçün hansısa maraq airəsində ola bilərmi? Bilməz. Belə olan halda da Rusiyaya təpik atan Ermənistan nəinki himayəsiz qalır, nəinki meydanda tək qalır, hətta rusların qəzəbinə belə tuş gəlir. Deməli, Paşinyan və onun komandasının bütün dünyaya göstərdiyi illüziyalar çox təhlükəli görünür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB