“Azərbaycan il sonuna kimi məsələni həll edəcək” - POLİTOLOQ ŞƏRH ETDİ

“Azərbaycan il sonuna kimi məsələni həll edəcək” - POLİTOLOQ ŞƏRH ETDİ

“Azərbaycan ərazisində qanunsuz erməni hərbi birəşmələri qalması Azərbaycan suverenliyi və təhlükəsizliyi üçün təhdiddir”. Bu sözləri SİA-ya açıqlamasınd politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, bu məsələdə Azərbaycan anti-terror əməliyyatı keçirməyə tələsmir: “Artıq ötən gün də göründü ki, mülki silahlı erməni birləşmələri Azərbaycan ərazilərini tərk edirlər, separatçılar da anlayır ki, onların çıxış yolu yoxdur. Azərbaycan kiçik, lokal əməliyyatları həyata keçirə bilər.

Silahlı erməni birləşmələrinin ərazilərimizdə qalmasıdır problemdir və Azərbaycan bu istiqamətdə konkret olaraq addım atacaq. Dövlətimiz elə bir siyasət ortaya qoyur ki, bu proseslərdə mülki ermənilər zərər görməsin. Azərbaycan ilin sonuna kimi bu məsələni bitirməyə çalışacaq”.

Bütün xəbərlər Facebook səhifəmizdə