“Qlobal imperializm tərəfindən dövlətlərin təhlükəsizliyi təhdid edilir” - DEPUTAT FİKİR BİLDİRDİ

“Qlobal imperializm tərəfindən dövlətlərin təhlükəsizliyi təhdid edilir” - DEPUTAT FİKİR BİLDİRDİ

“Türkiyə-Azərbaycan münasibətləri dostluq, qardaşlıq, strateji müttəfiqlik münasibətləridir. Şuşa bəyannaməsindən sonra hər iki dövlətin təhlükəsizlik məsələlərinin bütün istiqamətləri üzrə ortaq maraqlar formalaşıb. Yəni, Şuşa bəyannaməsində nəzərdə tutulan bütün strateji istiqamətlər təhlükəsizlik və milli maraqların qorunması ilə bağlıdır. Bu isə hər iki ölkəni daha da güclü edir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Hikmət Babaoğlu deyib.
Onun sözlərinə görə, hazırda təhlükəsizlik sadəcə hərbi sferada qorunması vacib olan strateji vasitə deyil: “Təhlükəsizlik həm də informasiya məkanında baş verən cinayətlərə qarşı ortaq mübarizənin aparılmasıdır.

Hazırkı mərhələdə biz bilirik ki, qlobal imperializm tərəfindən müxtəlif yönlü təşkilatlanmalar vasitəsilə daxildən dövlətlərin təhlükəsizliyi təhdid edilir. Son dövlərdə Azərbaycanın Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin həyata keçirdiyi əməliyyatlar nəticəsində belə cinayətkarlıqların ifşa olunması ilə bağlı çox vacib addımlar atılıb. Bənzər əməliyyatlar qardaş ölkədə də həyata keçirilir. Buna görə də daxildən təhlükəsizliyimizi təhdid edən məsələlərin müzakirə edilməsi və ortaq qərarların qəbulu Şuşa bəyannaməsinin gərəyidir. Qardaş ölkənin daxili işlər nazirinin ölkəmizə səfəri zamanı da bütün bunlar və təhlükəsizliklə bağlı əməkdaşlığın daha da dərinləşdirilməsi məsələləri nəzərdən keçirilə bilər”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə