''Laçın və Ağdam yolunun açılmasının tərəfdarıyıq''

''Laçın və Ağdam yolunun açılmasının tərəfdarıyıq''

Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova Rusiyanın həm Laçın-Xankəndi, həm də Ağdam-Xankəndi yolunun açılmasının tərəfdarı olduğunu açıqlayıb.

SİA-nın əldə etdiyi məlumata görə, Mariya Zaxarova Ermənistan və Azərbaycan arasındakı problemlər və Qarabağdakı vəziyyətlə bağlı keçirdiyi mətbuat konfransında deyib:

"Biz həm Laçına, həm də Ağdama yolun açılmasının tərəfdarıyıq. Bu məsələni siyasiləşdirməməyə çağırırıq".

Zaxarova Ermənistan hakimiyyətinin anti-Rusiya bəyanatlarını xatırladaraq deyib:"İrəvandan Rusiyaya qarşı davamlı ittihamlar qəbuledilməzdir. İlk növbədə, bu bəyanatlar regionda ehtiyacı olan insanlara ziyan vurur".

Bütün xəbərlər Facebook səhifəmizdə