“Sülh məsələsi ciddi təhlükəyə düşüb” - POLİTOLOQ ŞƏRH ETDİ

“Sülh məsələsi ciddi təhlükəyə düşüb” - POLİTOLOQ ŞƏRH ETDİ

“Qarabağ separatçılarının lideri Araik Arutunyanın istefa verməsi mövcud reallıqların separatçılar və onların himayədarları tərəfindən qəbul edilməsidir. Lakin Araik Arutunyanı əvəz edən şəxs heç də ondan fərqlənmir”. Bunu SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.

Onun sözlərinə görə, onların hamısı bir-birinin ağzına tüpürüblər və hamısı da qatı separatçıdırlar: “Azərbaycanla inteqrasiya məsələlərinə ögey münasibət bəsləyirlər. Ona görə də, Araikin və yaxud da ki başqasının olması hələ də vəziyyəti elə bir dəyişiklik yaranmasına gətirib çıxarmayacaq. Hər halda ola bilsin ki, nisbətən loyallıq olsun və Azərbaycanla danışıqlara getsin və onda demək olar ki, -hə -tələbi də ola bilər. Amma indi o separatçılarla danışıqlara ümid çox azdır. Çünki onların qəyyumları çoxalıb. Yəni qıraqda da onları qızışdırıb ortaya atanların sayı çoxalıb. Hətta Azərbaycanla Ermənistan arasındakı sülh məsələsi də ciddi təhlükəyə düşüb”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə