Müdafiə Nazirliyinin məlumat yaydı

Müdafiə Nazirliyinin məlumat yaydı

Sentyabrın 3-ü saat 18:10 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Xocalı rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

“Ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb”, – deyə MN-dan bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə