Ulu Öndərin xatirəsi böyükdən kiçiyə hər kəsin qəlbində yaşayır
Xalqımızın ümummilli lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuşdur. O tarixə böyük şəxsiyyət, yüksək zəka, fitri istedad sahibi və müdrik dövlət xadimi kimi düşmüşdür. Dahi lider Heydər Əliyev ölkəni gözləyən bütün təhlükələri dəf etməklə Azərbaycanın müstəqilliyinin möhkəm təməlini qoyub. Ümummilli Lider Heydər Əliyev ölkə rəhbərliyinə qayıtdıqdan sonra səmərəli dövlətçilik konsepsiyası, iqtisadiyyatın dirçəlişi strategiyası və azərbaycançılıq fəlsəfəsinin əsaslarına uyğun olaraq demokratik inkişaf reallaşdı.
Yurdu və xalqı qarşısında misilsiz xidmətlərinə görə bu gün ümummilli lider Heydər Əliyevin xatirəsi böyükdən kiçiyə hər kəsin qəlbində yaşayır.
Ulu öndərin ölkə rəhbərliyinə gəlməsi keçmiş SSRİ-nin geridə qalmış respublikalarından biri sayılan Azərbaycanda həyatı bütünlüklə dəyişdi. Belə ki, ölkədə görünməmiş inkişaf və tikinti-quruculuq işləri başlandı. Heydər Əliyevin yüksək fəaliyyəti nəticəsində iqtisadiyyat, sənaye və kənd təsərrüfatında, mədəniyyət və təhsil sahəsində böyük uğurlar əldə edildi, çoxsaylı sənaye müəssisələri, mədəniyyət və təhsil ocaqları, tibb müəssisələri inşa edildi, yeni yaşayış massivləri salındı, yollar tikildi və ucqar rayonlara qaz xətləri çəkildi.
Ölkəmizin siyasi və mədəni həyatında böyük əhəmiyyəti olan saraylar, bir çox binalar və əzəmətli heykəllər ucaldıldı. Məhz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi o illərdə bugünkü dövlət müstəqilliyimizin möhkəm təməli qoyuldu, milli ruh, azərbaycançılıq məfkurəsi yüksəlməyə başladı.
Heydər Əliyev ölkəmizin çətin dönəmində milyonlarla insanın arzusu idi. Bu səbəbdən o, 1993-cü ildə Bakıya gəldi və gəlişu ilə Azərbaycanda siyasi hakimiyyətin tamamilə fərqli, həlledici bir dövrü başlandı.
Ülkər Quliyeva
30 nömrəli Ambulatoriyanın həkimi, YAP Suraxanı rayon təşkilatı ƏPT-nin sədr müavini
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB