"Bu münasibətlərin inkişafında iki ölkə liderinin böyük rolu var" - DEPUTAT ŞƏRH ETDİ

"Bu gün Azərbaycan-Özbəkistan əlaqələri öz tarixinin ən uğurlu dövrünü yaşayır. Bu iki ölkə arasında hər baxımdan əlaqələr sürətlə inkişaf etməkdədir". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

Deputat sözlərinə davam edərək bildirib ki, Azərbaycan-Özbəkistan arasında əlaqələr davamlı olaraq müxtəlif görüşlər və müzakirələr əsasında möhkəmlənir: "Bugünkü gündə biz deyə bilərik ki, bu münasibətlərin inkişafında iki ölkə liderinin çox böyük rolu var. Təbii ki, bu çox önəmlidir. Davamlı olaraq Özbəkistanla əlaqələrin inkişafı üçün dövlət tərəfindən atılan addımların şahidi oluruq. Bu gün hər iki ölkə həm Türk Dövlətləri Təşkilatları çərçivəsində, həm də müstəqil formada çox sıx əməkdaşlıq edir. Bununla yanaşı, bu münasibətlərin daha da güclənməsi üçün müxtəlif tədbirlər görülür. Hesab edirəm ki, Özbəkistanın Füzulidə məktəb açması da Azərbaycana olan sevgi, diqqət və qayğının təzahürüdür".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə