Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycana qarşı təxribat xarakterli bəyanatlar səsləndirməsi hər zaman olduğu kimi, onun daxili auditoriyaya hesablanan addımdır. Onun Bakıya əsas iddiaları Laçın yolu ilə bağlıdır və bu iddiaları ilə özünü guya mübarizə aparan kimi göstərmək istəyir. “Qarabağdakı vəziyyətin ən yaxşı həlli Azərbaycanın Laçın dəhlizinin qeyri-qanuni blokadasının götürülməsi, beynəlxalq mexanizm çərçivəsində Xankəndi-Bakı dialoqunun başlanmasıdır”, deyən Paşinyan separatçıların və ona qarşı olan müxalifət qüvvələrinin bir növ, könlünü almaq istəyir ki, özünü ittihamlardan qorusun və əlinə keçirdiyi hakimiyyət kürsüsünü də əlində saxlasın.
“Ermənistan sülh gündəliyinə sadiqliyini təsdiqləməkdə davam edir və rəsmi Bakını sülhün bərqərar olması üçün tarixi fürsəti ləğv etməyə yönəlmiş addımlardan çəkinməyə çağırır”, deyən erməni baş nazir, öz ənənəsinə sadiq qalaraq, absurd şəkildə çıxış etməklə, reallığa uyğun olmayan axmaq tələblər irəli sürməklə hiyləgərlik edir ki, məhz özünü, öz hakimiyyətini qorusun. Paşinyanın davamlı olaraq eyni uydurmaları təkrarlaması onu deməyə əsas verir ki, o, Ermənistanın illər boyu toxuduğu yalanların torundan xilas ola bilmir və hətta bu tordan necə qurtaracağı barədə təsəvvürü belə yoxdur. Amma erməni baş nazir ondan ehtiyat edir, hətta qorxur ki, ona müxalifətdə olanların, erməni yalanlarını sırımaq istəyənlərin dəyirmanına su tökməsə onun üçün heç də yaxşı olmayacaq. Elə zənn edir, elə bilir ki, dırnaqarası “blokada” adlı ümumerməni mifinə dəstək verməsə, kortəbii etirazlardan yayınmaq və ələ keçirdiyi hakimiyyətini qoruyub saxlamaq mümkün olmayacaq. Nikol ona görə bu qənaətdədir ki, kiminsə xalqı ayağa qaldırıb, hakimiyyəti devirməyə apara bilməsi barədə özünün də təcrübəsi var, axı şəxsən özü də bir vaxtlar bu yolla Ermənistanda hakimiyyəti ələ keçirib.
İndi işğalçı ölkənin təkcə baş naziri deyil, ümumilikdə mövcud hakimiyyəti də daxili auditoruyaya hesablanan çıxışlar edir və mövqeyini də buna uyğun seçir. Düzdür, danışıqları uzatmağın mənasızlığını Paşinyan da, onun hakimiyyət komandası da yaxşı başa düşür. Baş nazir özü hamıdan yaxşı başa düşür ki, gec, yaxud da tez sülh barəsində danışıqlara getməlidir və danışıqlar zamanı da Azərbaycanın haqlı tələbləri ilə razılaşmaq onun üçün ən doğru və hətta ən asan yoldur. Əgər bu asan yolun əvəzinə özünü çətin duruma salırsa, məsələni uzadırsa, deməli, erməni xislətinə uyğun şəkildə hiyləgərlik edir və məqsədi də elə hay hayasızlığı ilə əlinə keçirdiyini qamarlamaq, hakimiyyətini əldən verməməkdir. Amma əlbəttə ki, hakimiyyətini əlində saxlamaq üçün onun himayədarlarının dəstəyinin vacibliyini də bilir, xalqın etirazının qarşısında dayana bilməyəcəyinin də. Ona görə də bu hiyləgər baş nazir öz xatirinə bir növ şəraitə uyğun hərəkət edir. Lakin bu, erməni cəmiyyətinə, Ermənistana yaxşı heç nə vəd etmir.
Vovayeviç bilir ki, gec-tez Azərbaycanla sülh müqaviləsi imzalamalı və Qarabağı rəsmən tanımalı olacaq. Bilir ki, bunun reallaşması elə də uzaq bir zamanda baş verməyəcək, daha düşündükləri kimi, məsələni uzada bilməyəcək. Yaxşı başa düşür ki, Bakı danışıqları daha 30 il gözləmək fikrində, niyyətində deyil. Anlayır ki, Azərbaycan hər an öz ərazisini Qarabağdakı erməni quldur dəstələrindən təmizləyə bilər. Bunun qarşısını almaq üçün isə Ermənistanın gücü yoxdur. Elə isə, Paşinyana yeni müharibə lazımdırmı? Bir də rüsvayçı məğlubiyyətlə qarşılaşmaq istəyərmi? Əlbəttə ki, istəməz. O zaman sual yaranır ki, niyə bəs Nikol məsələni uzadır, çətinləşdirir. Bu sual da elə məsələnin mahiyyətini açıb ortaya qoyur və yuxarıda sadalananları təsdiqləyir. Təsdir edir ki, Nikol Paşinyan uzun müddətdir ortaya atılmış, guya sülhə hazır olduğunu nümayiş etdirmək, beynəlxalq ictimaiyyəti Azərbaycanın əleyhinə qaldırmaq, iqtisadi və siyasi bonuslar üçün bazarlıq etmək məqsədi ilə Qərbə üz tutmaq, Rusiyanı qıcıqlandıraraq məsələyə müdaxilə etməyə sövq etmək, kimi oyunları davam etdirmək məcburiyyətində qalıb.
Yoxsul Ermənistanın Qərbə lazım olmadığını başa düşən Nikol Paşinyan ölkəsinin Aİ və ya NATO-ya daxil olması perspektivinin də sıfıra bərabər olduğunu anlayır. Xarici havadarları, məsələn madam Pelosi, Makron bacısı kimi kimlərsə ona qızıldan dağlar vəd etsələr də bunların mənasız olduğunu Nikol yaxşı bilir. Amma bu erməni baş naziri guya Laçınla bağlı canfəşanlıq etdiyini daxili auditoriyaya nümayiş etdirir ki, öz dərisini və kürsüsünü qorusun. Los-Anceles ermənilərinin “Laçın dəhlizinin blokadasını götürmək və Dağlıq Qarabağda humanitar böhranın qarşısını almaq” tələbi ilə keçirdiyi aksiyanın fonunda belə Nikol Paşinyan vaxtı üzatmaqdan başqa nəyə isə ümid etmir. Bilir ki, etirazçıların erməni iddialarının tanınmış lobbiçisi, konqresmen Adam Şiffin müdaxiləsini tələb etməsi də başqa tələbləri kimi olduqca gülüncdür.
Erməni cəmiyyətinə xas olan gülünc məqamlar olduqca çoxdur və bu arada xatırlatmaq yerinə düşərdi ki, Ermənistan BMT Təhlükəsizlik Şurasının təcili iclasını da tələb edir. Deməli, ermənilər ancaq tələb edirlər, özü də bütün dünyadan. Nəyi və niyə? Buna, yəni tələb etməyə haqları çatırmı? Deyəsən bu barədə ermənilər arasında bir dənə də olsa düşünən olmayıb və heç düşünmək barədə fikirləri də yoxdur. Çünki fikir tamamilə başqa istiqamətə yönəldilib. Rəsmi İrəvan ancaq danışıqlar prosesini pozur və diqqət də buna ayrılıb. Görünən odur ki, Paşinyan bu addımı yalnız bir səbəbdən, daha dəqiq desək, böyük qorxusu səbəbindən atmağa qərar verib. Vəziyyət o həddə çatıb ki, o, sülhə imza atıb-bağlamamağı barədə seçim qarşısında qalıb. Bir tərəfdən yanaşdırda, əgər o, sülhə imza atsa, yaxud bu yolda nörmal şəkildə addımlasa, başına nə gələcəyindən qorxur və bilir ki, bu ona ən yaxşı halda hakimiyyət kürsüsü ilə vidalaşmaq bahasına başa gələcək. Digər tərəfdən də,
sülhə imza atmasa, bu, təkcə Qarabağda deyil, həm də şərti sərhəddə növbəti eskalasiyaya, şərti olaraq, müharibə adlandıracağımız qarşıdurmaya səbəb olar. Bu vəziyyətdə təbii ki, Paşinyanın, ermənilərin zərrə qədər qalib gəlmək şansı yoxdur. Amma müharibəni uduzduqdan sonra Vovayeviçin hakimiyyətdə necə qalmaq təcrübəsi var. Erməni baş nazir elə hesab edir ki, erməni cəmiyyəti ona sülhü imzalamağı bağışlamaz, amma müharibədə uduzmağı bağışlayar. Beləliklə də məlum olur ki, erməni baş nazir xalqının taleyini deyil, yenə də öz şəxsi hakimiyyətini seçir. Əslində, elə tarix boyu erməni xalqı faciələri məhz bu səbəbdən yaşayıb və analoji olaraq, hər zaman şəxsi maraqlar naminə haylar fəlakətlərlə üz-üzə qalıblar.
Fəlakətin əslində nədən ibarət olduğunu dərk edən hərhası bir erməni məsələyə tamam başqa rakursdan, tamam başqa prizmadan yanaşır, həqiqəti etiraf edir və digərlərinə də bunu etiraf etmək çağırışı edir, çünki davranışlarının, iddialarının mənasız olduğunu anlayır. Məsələn, erməni əsilli “fəal” Artur Osipyan erməniləri bütün dünyanı aldatmağa çalışmamağa çağırıb. O, hətta Ermənistanın 1in.am kanalına müsahibəsində həqiqətin nədən ibarət olduğunu etiraf edib və bu həqiqətləri başqalarının da etiraf etməsi çağırışı ilə çıxış edib. Artur Osipyan Qarabağda heç kimin acından ölmədiyini deyib. Bir sözlə, həmin erməni aclıq olmadığı barədə deməklə, açıq-aşkar şəkildə bildirib ki, dırnaqarası böhran barədə deyilənlər yalandır. Deməli, heç də separatçı rejim, yaxud elə Ermənistan hakimiyyəti düşünməsin ki, sona qədər əhalini aldada, hayları da yalandan hay-küy salmağa məcbur edə bilərlər. Bunun bir sonu var. Elə həmin erməni fəalın etirafları bu proqnozu verməyə əsas yaradır. Bəli, bu etiraf Qarabağ erməniləri arasında parçalanmanı nümayiş etdirən əlamətdir. Parçalanma, fikir ayrılıqları yaranmaqdadır və bu da normaldır, çünki insanlar sülh içində yaşamaq istəyirlər, amma yalan, mifləşdirilmiş qondarma erməni layihələri buna mane olur. Lakin yalanın da, uydurmanın da bir sonu var və indi erməni cəmiyyətində bunu müşahidə etməkdəyik. Görürük ki, artıq ermənilərin uyduqduqları yalanların sonu çatıb və bunu özləri, öz dilləri ilə etiraf edirlərsə, deməli, əksini fərz etmək belə mümkün deyil.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB