“Ermənistan Azərbaycanı növbəti dəfə müharibəyə təhrik etmək istəyir“ - POLİTOLOQ ŞƏRH ETDİ

“Ermənistan Azərbaycanı növbəti dəfə müharibəyə təhrik etmək istəyir“ - POLİTOLOQ ŞƏRH ETDİ

“Kəlbəcər istiqamətdə Ermənistan tərəfindən təxribatların davam etdirilməsi bu ölkənin hələ də sülhə hazır olmadığının növbəti göstəricisidir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov deyib.

Onun sözlərinə görə, Azərbaycan tərəfindən Ermənistana yekun sülh müqaviləsilə bağlı son şans bu il olaraq müəyyən edilib: “Lakin buna baxmayaraq biz görürük ki, sistematik şəkildə Ermənistan silahlandırılır və Azərbaycanla sərhəddə Ermənistanın qoşun növləri yığılır. Bütün bunlar göstərir ki, Ermənistan real sülhü sabotaj etməyə davam edir. Ermənistan xarici güc faktorlarının əlində oyuncağa çevrildiyi üçün bu gün Azərbaycanı növbəti dəfə müharibəyə təhrik etmək istəyir. Görünən odur ki, Ermənistana böyük vədlər verilib. Lakin real müharibə baş verəcəyi təqdirdə növbəti dəmir yumruqda Ermənistan cəmiyyəti tamamilə iflic vəziyyətinə düşəcək”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə