“Həqiqətləri çatdıra bilmək üçün hər kəs üzərinə düşən vəzifəni icra etməlidir” - POLİTOLOQ ŞƏRH ETDİ
“Ermənistan-Azərbaycan münasibətləri ilə bağlı yanlış təsəvvürlərin ən başlıca səbəbi ikili standartlardan qaynaqlanır. Yəni başqa sözlə desək, beynəlxalq birlik, əslində, nə baş verdiyini yaxşı bilsə də, bir çox hallarda xristian təəssübkeşliyindən və erməni diasporunun alətinə çevrilmək səbəbindən anti-Azərbaycan mövqeli bəyanatlar səsləndirir. Misal olaraq son günlərdə baş verən “humanitar yük” şousunu göstərə bilərik”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov deyib. Onun sözlərinə görə, 2014-cü ildə Rusiya Donetsk və Luqanska humanitar maşın karvanı göndərmək istəyəndə ABŞ, BMT, ATƏT və digərlər dərhal bəyanatlarla çıxış edərək Rusiya tərəfindən atılan bu addımı Ukraynanın ərazi bütpvlüyünə və suverenliyinə təhdid olaraq qiymətləndiridilər: “Onlar bildirirdi ki, humanitar yüklərin daşınması Ukrayna ilə razılaşdırılmayıb və Ukrayna tərəfinin icazəsi olmadan belə bir addımın atılması qətiyyən yolverilməzdir. İndi də eyni şey Ermənistan tərəfinən edilir. Azərbaycanla razılaşdırılmadan ermənilər guya Qarabağda “humanitar fəlakətin” qarşısını almaq üçün onlara yardım aparmaq adı ilə çıxış edirlər. Lakin bu dəfə beynəlxalq birlik 2014-cü ilə sərgilədiyi mövqeyi, yəni Ukraynaya göstərdikləri münasibəti göstərmirlər. Əksinə, o mövqedən çıxış edirlər ki, bu mövqe Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə birbaşa təhdiddir. Odur ki, ikili standartların olması fakt olaraq ortadadır.
Amma bu yeganə səbəb deyil. Digər bir səbəb də bizim hələ də beynəlxaq birliyə real həqiqətləri çatdıra bilməməyimizdən qaynaqlanır. Belə ki, erməni təbliğatına uyaraq Azərbaycan əleyhinə çağırış edən dövlətlər içərisində ölkəmizlə strateji tərəfdaşlıq müqaviləsi olanlar da var. Bu isə o deməkdir ki, biz hələ də real həqiqətləri çatdıra bilmirik, erməni yalanlarını ifşa etmək üçün yetərli qədər fəaliyyət göstərmirik. Burada həm xarici siyasət qurumlarımızın, həm diaspor təşkilatlarımızın, o cümlədən də beynəlxaq səviyyəyə çıxa bilən media qurumlarımızın üzərinə böyük məsuliyyət düşür.
Həqiqətlərin çatdırılması, beynəlxalq müstəvidə erməni yalanlarının ifşası epizodik olaraq həyata keçirilməməlidir. Azərbaycan həqiqətlərinin təbliği mütəmadi və davamlı xarakter almalı və nəhayət ki, müdafiə deyil hücum diplomatiyası həyata keçirilməldiir. Uzun illər ərzində erməni yalanının girovuna çevrilmiş, erməni media qurumlarının və diaspor təşkilatlarının alətinə çevrilmiş ayrı-ayrı dövlətlər və beynəlxaq təşkilatlarla iş üçün ayrıca proqramın qəbuluna ehtiyac var. Çünki etiraf etməliyik ki, uzun illər ərzində bu istiqamətdə ermənilərə uduzmuşuq. Onların təbliğat imkanları bizimkindən qat-qat güclü olub. Odur ki, bununla bağlı müvafiq proqramın qəbuluna və beynəlxaq təşkilatlarla əlaqəsi olan bütün siyasi partiya və qeyri-hökumət təşkilatlarının da işə cəlb olunmasına ehtiyac var. Həqiqətləri çatdıra bilmək üçün hər kəs üzərinə düşən vəzifəni icra etməlidir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB