Qlobal Media Forum fonunda ERMƏNİ CƏMİYYƏTİNDƏ REZONANS - TƏHLİL

Qlobal Media Forum fonunda ERMƏNİ CƏMİYYƏTİNDƏ REZONANS - TƏHLİL

Sağalacağına ümid etməyən xəstələrin özlərini təcrid etmələri, hər şeyi inkar etmələri, qəzəb, nifrət hislərini cilovlamaması, depressiyaya düşmələri kimi emosyanal vəziyyətləri misalında erməni cəmiyyəti hələ də çabalamaqda və bununla da öz vəziyyətini ağırlaşdırmaqdadır. Halbuki, 44 günlük müharibədə rüsvayçı məğlubiyyətlərindən sonra yeni reallığı, Azərbaycanın yaratdığı reallığı ermənilər qəbul edə bilsəydilər, həmin o emosyanal vəziyyətdən də, ağırlaşmaqda olan durumdan da yaxa qurtara bilərdilər. Amma görünən odur ki, xəstə və ağır emosyanal durumda olan həmin cəmiyyət hələ də nə sağalmaq niyyətindədir, nə də sağalmaları üçün öz içlərindəkilər tərəfindən imkan belə verilmir ki, “dənizdən dənizə”, “miatsum” və digər çoxsaylı axmaq miflərdən yaxa qurtarsınlar, reallıqları görsünlər, barışsınlar, buna uyğun da müvafiq davranış sərgiləsinlər və həyatlarını qursunlar.

Guya erməni əsgərlərinin “məğlubedilməzliyi” barədə tarixin atası adlandırılan Heredotdan bu yana az qala bütün tarixçilərdən uydurma sitatlar gətirən, boş-boşuna bunları təkrarlamaqdan yorulmayanlar 44 günlük müharibədə qarşılaşdıqları rüsvayçı məğlubiyyətdən sonra da abır-həya etmədilərsə, deməli, ya erməni cəmiyyəti özü sağalmaq fikrində deyil, ya da həmin cəmiyyətin sağalması mümkünsüzdür və deyəsən, həqiqətən də həmin cəmiyyət sağalmaz xəstəliyə düçardır. Əks halda, ən azından, həmin o dırnaqarası “məğlubedilməzlər” döyüş meydanında Azərbaycan əsgərinin qarsından acizanə şəkildə qaçmalarından, məğlub olduqlarını təsdiq edən kapitulyasiya sənədinin imzalanmasından utanar, dərs alardılar və bir də belə axmaqcasına sayıqlamazdılar. Müşahidə olunan isə tamamilə fərqlidir və bu “xəstələr” özlərini elə aparırlar ki, guya bütün dünyaya meydan oxumaq əzmindədirlər, özü də rüsvayçı məğlubiyyətləri fonunda. Bunun da səbəbi erməni cəmiyyətinin təbliğat maşınının axmaq, həqiqətdən uzaq olan mifləri dövriyyəyə buraxması, həmin cəmiyyətin də buna inanmasıdır. İndi də işğaldan azad edilmiş, sürətlə canlanan Şuşada Qlobal Media Forumunun keçirildiyi vaxt yenə də həmin o yalanları, mifləri yayan təbliğat maşını tam gücü ilə işə salınıb. Çünki 49 ölkədən 150 xarici qonağın, o cümlədən 34 ölkədən olan dövlət xəbər agentliklərinin, 12 beynəlxalq təşkilatın və media strukturlarının nümayəndələrinin iştirak etdiyi həmin tədbir erməni cəmiyyətinin yuxusunu ərşə çəkib.

Ermənilər çox yaxşı bilirlər ki, dünyanın hər yerindən olan ekspertlər üçün Ermənistan deyil, Cənubi Qafqazın aparıcı iqtisadi və siyasi mərkəzi olan Azərbaycan cəlbedicidir və buna görə də onların kürkünə birə düşüb. İşğaldan azad edilmiş ərazilərin bərpası istiqamətində artıq görülən və davam etdirilən işlərin nəhəng tempini öz gözləri ilə görən genişmiqyaslı media forum iştirakçılarının bundan sonra erməni yalanlarına qulaq asması belə inandırıcı deyil və bu səbəbdən də yenə ermənilər təbliğat maşınına əl atırlar. Bu isə onu deməyə əsas verir ki, Şuşada keçirilən genişmiqyaslı media forumu erməni cəmiyyətini əməlli-başlı silkələyib və hətta həmin cəmiyyətdə rezonans da doğurub. Belə də olmalı idi. Çünki 44 günlük müharibədə əldə etdiyimiz mükəmməl qələbədən sonra tikilmiş binalar, istifadəyə verilən Füzuli və Zəngilan beynəlxalq hava limanları, müasir çoxzolaqlı yollar, tunellər, rahat həyat üçün lazım olan bütün infrastruktur Azərbaycanla Ermənistan arasında fərqi görmək üçün kifayətdir və genişmiqyaslı media forum iştirakçılarının da həmin fərqi görmələri yalan təbliğat maşınının işə salınmasından başqa heç nəyə gücü çatmayan erməni cəmiyyəti üçün ağrıdıcı oldu.

Şuşada keçirilən Qlobal Media Forumunun iştirakçılarının məhz zəmanəmizin ən parlaq siyasi xadimlərindən biri olan Azərbaycan Prezidenti cənab İlham Əliyevlə birbaşa ünsiyyət qurmaq imkanı əldə etməsi, bir neçə dili mükəmməl bilən, jurnalistlərin istənilən sualına dərin, ətraflı cavab verməyi bacaran, istənilən media üçün maraqlı həmsöhbət sayılan ölkə rəhbərimizin də çıxışı, ifadələri erməniləri qıcıqlandırmaya bilməzdi. Çünki onların belə imkan və bacarıqlara sahib olan dövlət rəhbərləri də yoxdur, deyiləcək sözləri də, imkan və potensialları da. Hər dəfə çaşqın halda suallara baş-ayaq cavab verən, hər dəfə də gülüş hədəfinə çevrilən erməni baş naziri Nikol Paşinyan heç bir forum iştirakçısının maraq dairəsində ola bilməz və ondan hansısa bir fikri alıb, bu fikrinə görə də ona yetərincə gülmək üçün İrəvana getmək heç bir forum iştirakçısına lazım deyi. Hansısa forum iştirakçısı erməni baş nazirinə bir də təkrarən gülmək istəsə, onun çıxışlarına təkrarən qulaq asa bilər və bunun üçün də Ermənistana səfər etməyə ehtiyac qalmır. Məsələ burasındadır ki, bu həqiqəti bilən təkcə biz deyilik və bunu bilən ermənilərin indi əldən-ayaqdan getmələri, sıxıntıları, Ermənistanda müşahidə edilən rezonans tamamilə başadüşüləndir. Başadüşülən odur ki, bizim ölkəmizlə, Azərbaycanla Ermənistan arasındakı fərqi görən erməni cəmiyyətinin silkələnməsi, yenə də öz yalan təbliğat maşınlarına əl atmaları mövcud reallıqdan, ölkəmizin dəfələrlə, hətta müqaisəyə gəlməz dərəcədə üstün olmasından isterik hal keçirmələri fonunda bütün bunlar müşahidə edilir.

Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanın, o cümlədən Qarabağ iqtisadi rayonunun ərazi bütövlüyünü tanıdığını bəyan etməsinə erməni cəmiyyəti məhəl qoymadan öz bildiyini edirsə, hətta baş nazirlərinin dediklərinin heç nə olduğunu bildirərək, bəzi erməni başbilənləri olmayan ağıllarına gələni ortaya atırlarsa, niyə də erməni cəmiyyətində rezonans müşahidə edilməsin? Şüşadan, Cıdır düzündən Xankəndi ovuc içi kimi qörünürsə, Şuşada keçirilən Qlobal Media Forumunun bütün əcnəbi iştirakçıları Xankəndinin işıqlarını, orada elektrik enerjisinin olduğunu, yük maşınlarının, minik avtomobillərinin hərəkətini öz gözləri ilə görmək imkanı əldə edirlərsə, ermənilərin kürkünə niyə də birə düşməsin? Axı onlar bir qədər öncə yalan təbliğat maşınlarını işə salıb dırnaqarası “humanitar böhran” deyə bar-bar bağırırdılar və indi əcnəbi tədbir iştirakçılarının gördükləri bunun əksini düşünməyə vadar edir. Təbii ki, erməni jurnalist təşkilatlarının Şuşada keçirilən Qlobal Media Forumunda iştirak edən media nümayəndələrinə isterik müraciəti də bu baxımdan anlaşılandır, amma etiraf etmək lazımdır ki, bu da olduqca gülünc və absurddur. Bu müraciət ən yaxşı halda, paxıllığın təzahürü kimi qiymətləndirilə bilər.

Çox güman ki, erməni təbliğat maşınını işə salanlar, Şuşada keçirilən Qlobal Media Forumunda iştirak edən media nümayəndələrinə isterik müraciət edənlər erməni vandalların, separatçıların Xocalıda və digər yerlərdə törətdikləri vəhşikləri, Ermənistan tərəfinin Azərbaycana məxsus torpaqların 20 faizini əsrin üçdə birinə yaxın müddət ərzində işğal altında saxladığını, ermənilərin həmin torpaqlardan qeyd-şərtsiz çıxmalarını tələb edən BMT-nin dörd qətnaməsinə işğalçı ölkənin onillər boyu məhəl qoymamasını, 44 günlük müharibə dönəmində Gəncəni, Bərdəni hədəf edərək, dinc əhalinin məskunlaşdığı ərazilərin özləri tərəfindən atəşə tutulmasını guya bilmirlər. Amma dünya ictimaiyyəti, ələlxüsus da sözügedən forum iştirakçıları bunları yaxşı bilirlər və onların həyasızlıqla etdiləri müraciət kimsənin diqqətini artıq heç bir şəkildə cəlb edə də bilməz. Diqqəti cəlb edən yalnız odur ki, məhz Şuşada keçirilən Qlobal Media Forumuna görə erməni cəmiyyəti yenə də isterik haldadır və həmin cəmiyyətdə buna görə də rezonans yaranıb. Bu rezonans, onların hər şeyi inkar etmələrində, qəzəb, nifrət duyğularında, depressiyaya düşmələri kimi emosyanal vəziyyətlərə düşmələrində bir daha özünü biruzə verir. Həmin emosyanal vəziyyət isə sağalacağına ümid etməyən xəstə misalında erməni cəmiyyətinin hər şeyi inkar etməsi, qəzəbini, nifrətini biruzə verməsi, deoressiyaya düşməsi kimi təzahürlərdə bir daha öz təsdiqini tapır, hansıki bu, onların vəziyyətini daha da ağırlaşdırır və çətinləşdirir. Hər halda, “xəstə” durumda olan bir cəmiyyət üçün bunun əksini proqnozlaşdırmaq mümkün də deyil. Həm də, Azərbaycanın yaratdığı reallığı, mövcud reallığı qəbul etməyən cəmiyyətin nə emosyanal vəziyyətdən, nə də ağır durumdan çıxma, yaxa qurtarma şansı haqqında danışmağa dəyməz və görünür, “dənizdən dənizə”, eləcə də “miatsum” kimi axmaq miflərdən əl çəkməyən cəmiyyət sağalmaq niyyətində deyil və belə bir cəmiyyətdə hələ çox isterik hal və rezonans müşahidə olunacaq.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə