Erməni əsilli jurnalistlərin Azərbaycana səfərinə məhdudiyyət qoyulmayıb. SİA xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib.
"Azərbaycan müxtəlif beynəlxalq tədbirlərə ev sahibliyi edir. Tədbirlər çərçivəsində müxtəlif media orqanlarında çalışan erməni əsilli jurnalistlərin ölkəmizə səfərləri təşkil olunub. Onların ölkəmizə səfəri növbəti mərhələlərdə də təşkil oluna bilər və heç bir məhdudiyyət qoyulmur”, - deyə XİN rəsmisi qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB