“ABŞ Azərbaycanın haqlı mövqeyini də dəstəkləyir“ - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

“ABŞ Azərbaycanın haqlı mövqeyini də dəstəkləyir“ - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

“Azərbaycan Prezidenti cənab İlham Əliyevin ABŞ prezidenti Baydenə ünvanladığı təbrik məktubu ABŞ-ın müstəqillik günü ilə bağlı idi. Amma Azərbaycan Prezidenti orada Amerika xalqını təbrik etməklə yanaşı, ürək sözlərini də bildirib. Burada Azərbaycan-Amerika münasibətlərinin artıq dostluq səviyyəsinə yüksəldiyini, hətta strateji tərəfdaşlıq mərhələsinə çatdığını qeyd edib”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.

Onun sözlərinə görə, ABŞ-ın Azərbaycanla bağlı tutduğu mövqeyə görə də minnətdarlıq bildirilib: “Cənab Prezident burada iqtisadi əməkdaşlığın perespektivlərini gündəmə gətirib və ABŞ-a Azərbaycanın enerji siyasətini dəstəkləməklə bağlı minnətdarlığını bildirib. Sonda isə cənab Prezident Azərbaycan-Ermənistan münaqişəsinin həllində ABŞ-ın uzun müddət susqun mövqe tutmasına baxmayaraq, həddən artıq fəal bir mərhələyə keçməsini qeyd edib. ABŞ hazırda Cənubi Qafqazda sülhün, dayanıqlılığın olması üçün çalışır. Eyni zamanda Azərbaycanın haqlı mövqeyini də dəstəkləyir. Ümumilikdə iki ölkə arasındakı əlaqələrin inkişaf səviyyəsindən bəhs edilib”.

Bütün xəbərlər Facebook səhifəmizdə