Fransada baş verənlər dini, irqi, etnik dözümsüzlük, insan haqlarına həqarətdir - DEPUTATIN MÖVQEYİ
“Bu gün Fransada baş verənlər Makron hakimiyyətinin yarıtmaz siyasətinin məntiqi nəticəsidir. Fransa insan haqlarının kütləvi şəkildə pozulduğu ölkələr sırasındadır. İrqi, dini, milli, etnik zəmində baş verən hadisələr bu ölkədə artıq adi hal alıb. Fransanın Afrikadakı müstəmləkələrindən qovulması Makron hakimiyyətini qeyri-fransızlara qarşı aqressiyasını daha da artırıb. Hər kəsə bəllidir ki, bu gün Fransada vaxtilə zorla, qul olaraq bu ölkəyə gətirilmiş afrikalıların, asiyalıların nəvə-nəticələri yaşayır. Amma fransızlar onları bu ölkənin əsl vətəndaşları hesab etmirlər və demək olar ki, “gəlmələri” hər addımda aşağılayır, hüquqlarını tapdalayırlar. Fransa yeganə ölkədir ki, hələ də ölkədə qul əməyindən istifadə edilir. Fransa hakimiyyəti isə bunu normal hesab edir. Əlbəttə, bu halın yaşanmasının əsas günahkarı Makron hakimiyyətidir”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
Deputat qeyd edib ki, Fransada baş verən hadisələr, əlcəzairli yeniyetmənin polis tərəfindən öldürülməsi Makronun onsuz da formalaşmış diktator imicini bir az daha möhkəmlədib: “Ölkəni 3 ildən artıqdır ki, “sarı jiletlilər”in etiraz dalğası bürüyüb. Son pensiya islahatları da Fransada sosial problemlərin hər gün dərinləşdiyini göstərir. Bu da Fransanın dünyada nüfuzdan düşməsinə və bu ölkədə baş verənlərin milli, dini, irqi ayrıseçkilik, neofaşizm kimi səciyyələndirilməsinə gətirib çıxarıb. Fransanın Nanter şəhərində polis tərəfindən 17 yaşlı yeniyetmənin soyuqqanlılıqla qətlə yetirilməsinə dünya ictimaiyyətinin reaksiyası kəskin olub. Başqa ölkələrdə “demokratiya”, “insan haqları”, “sərbəst toplaşmaq hüququ”nun pozulduğunu bəhanə edərək beynəlxalq təşkilatlarda həmin ölkə haqqında ədalətsiz qərarın çıxarılmasına nail olan rəsmi Paris bir də özünə, daxilində baş verənlərə baxsın. Fransa polisi açıqlamasında qətli törədən polisin artıq həbs olunduğunu açıqlasa da, bu ölkədə ayrıseçkilik, dini, irqi tolerantlığın olmadığı, hələ də qeyri-fransızların, xüsusilə də Afrika əsilli vətəndaşların bu dözümsüzlükdən hələ də əziyyyət çəkdikləri ortadadır”.
A.Hüseynov bildirib ki, baş vermis qətl kütləvi iğtişaşlara səbəb olub, Parisin küçələrində barrikadalar qurulub, avtomobillərə od vurulub, polislə toqquşmalar davam edir: “Etiraz dalğası Parisin digər bölgələrinə də yayılıb. Bütün bunlar bir daha göstərir ki, xalqın cəmi 33 faizinin dəstəklədiyi Makron hakimiyyəti etimadını itirib və ölkəni diktatura üsulu ilə idarə edir. Bütün bunlar artıq etiraz yox, kütləvi itaətsizlikdir. Təəssüflə qeyd etməliyik ki, beynəlxalq təşkilatlar, Avropa institutları hələ də susurlar. Amma insan haqlarının pozulduğu yerin Avropa, yaxud Asiya, Afrika olmasının bir o qədər də əhəmiyyəti yoxdur. Əgər Parisdə, dünyada özünü demokratiya mücəssəməsi kimi təqdim edən Fransanın paytaxtında bu xoşagəlməz hadisə baş verirsə və dünya birliyi susursa, bu artıq ikili yanaşma, ikili standartdır. Buna qarşı dərhal ölçü götürülməlidir. Emanuell Makronun hakimiyyətdə olduğu dövrdə insan haqları ilə bağlı Fransanın problemlər yaşadığını da xüsusi qeyd etmək lazımdır. Ona görə də beynəlxalq təşkilatlardan, AŞPA, ATƏT və digər Avropa institutlarından Fransada baş verən hadisələrə hüquqi qiymət verilməsini tələb edirik”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB