"Vətəndaş etiraz edir, dövlət də buna adekvat davranır" - Fazil Mustafa
Vətəndaş etiraz edir, dövlət də buna adekvat davranır. SİA xəbər verir ki, bu sözləri Milli Məclisinin bugünkü növbədənkənar sessiyasında deputat Fazil Mustafa deyib.
O qeyd edib ki, Gədəbəyin Söyüdlü kəndində olanlardan kimlərsə özləri üçün yararlana bilməz: "Orada polisin köntöy davranışına görə, bütöv sistemi qaralamaq düzgün deyil".
Deputat bildirib ki, biz bu gün Zəngəzur məsələsinə köklənməliyik.
"Vaxtilə Qarabağı unutma şüarı var idi. İndi də Zəngəzuru unutma şüarı olmalıdır. Ona görə Söyüdlü məsələsinə həssas yanaşmaq lazımdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB