“Alpan – 2023” birgə təlimi davam edir

“Alpan – 2023” birgə təlimi davam edir

Azərbaycan və Türkiyə hərbçilərinin iştirakı ilə şəxsi heyətin nəzəri və praktiki vərdişlərinin təkmilləşdirilməsi, eləcə də bölmələrin qarşılıqlı əlaqədə fəaliyyətinin təmin edilməsi və döyüş qabiliyyətinin artırılması məqsədilə ölkəmizdə keçirilən "Alpan-2023" birgə təlimi davam edir.

SİA-nın əldə etdiyi məlumata görə, Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, təlimin növbəti günündə hərbi pilotlar qalxma və enmə, müxtəlif hündürlüklərdə çətin pilotaj və döyüş manevrləri, eləcə də digər fəaliyyətlər üzrə tapşırıqları yüksək peşəkarlıqla icra ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə