"Saziş imzalanmadıqca bölgədə gərginlik artmağa davam edəcək" - POLİTOLOQ ŞƏRH ETDİ

"Saziş imzalanmadıqca bölgədə gərginlik artmağa davam edəcək" - POLİTOLOQ ŞƏRH ETDİ

"Azərbaycan-Ermənistan arasında heç bir məsələ həll olunmayıb. Sülh sazişi imzalanmayıb, danışıqlar nəticə vermir, dəhliz açılmayıb, sərhədlər də müəyyənləşdirilməyib". Bu sözləri SİA-ya verdiyi açıqlamada politoloq Elxan Şahinoğlu bildirib.

Onun sözlərinə görə, bütün bunlardan əlavə bir problem yaranıb ki, Ermənistan Azərbaycanla sərhəddən təxmini 500 metr aralıda təxribat məqsədli, Amerikanın bayrağı altında metallurgiya zavodu tikir. Bu da əlavə bir gərginlik yaradır: "Bu gərginlik də hərbi təxribatlara gətirib çıxarır. Xüsusən Laçın sərhəd-keçid məntəqəsində tez-tez belə hərbi təxribatlara əl atılır. Görünən odur ki ermənilər ikinci Qarabağ müharibəsinin nəticəsini tez unudublar. Bu il ərzində danışıqlarla nəticə əldə olunmasa gələn il toqquşma ehtimalı yüksəkdir. Lokal toqquşmalar genişmiqyaslı toqquşmalara gətirib çıxardacaq. Ermənistanın baş naziri Qarabağı Azərbaycan ərazisi kimi tanıdığını deyir, lakin sazişdə bunu təsdiq etməkdən qorxur, çəkinir. Sülh sazişinin imzalanması da səngiyir. Saziş imzalanmadıqca bölgədə gərginlik artmağa davam edəcək".

Fazil Mehdixanlı

Bütün xəbərlər Facebook səhifəmizdə