Azərbaycanlı parlamentarilər fransız həmkarları ilə görüşüblər

Azərbaycanlı parlamentarilər fransız həmkarları ilə görüşüblər

Azərbaycan- Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Parisdə Fransa Milli Assambleyasının Fransa-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşüblər.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə Azərbaycan- Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Soltan Məmmədov Fransa Milli Assambleyasının Fransa-Azərbaycan parlamentlərarası dotluq qrupunun üzvlərinə regiondakı reallıqlar haqqında ətraflı məlumat verib.

Fransız parlamentarilər iki ölkə, xüsusilə də parlamentlər arasında münasibətlərdən söz açaraq, bu əlaqələrin möhkəmləndirilməsinin vacibliyini vurğulayıblar.

Görüşdə ikitərəfli münasibətlərin inkişafında parlamentlərarası əlaqələrin əhəmiyyəti vurğulanıb, parlamentlərarası əməkdaşlığın perspektivləri müzakirə olunub.

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva, Milli Məclisin Azərbaycan–Fransa parlamentlərarası işçi qrupunun üzvləri Ramin Məmmədov və Tural Gəncəliyev, səfirliyin müşaviri Nigar Hüseynova, Fransa Milli Assambleyasının Fransa-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Pyer Vatan və həmin qrupun üzvləri də görüşdə iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə