"Paşinyanın Soçi səfəri də uğursuz olacaq" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
"Ermənistan Baş Naziri Nikol Paşinyanın Soçi səfəri də uğursuz olacaq. Çünki Paşinyan çalışır ki, iki kresloda, yəni Qərb və Rusiya tərəfdən olan kreslolar üstündə otursun". Bu sözləri SİA-ya açıqlamasında deputat Rüfət Quliyev deyib.

Onun sözlərinə görə, Nikol Paşinyan bizim bütün şərtlərlə razıdır: "Onun tək qorxusu odur ki, Qərb inciməsin. Çünki dünyaya bəlli oldu ki, Paşinyanın tam şimal qonşusu ilə hesablaşmaması mümkün deyil. Bu Ermənistan üçün böyük təhlükədir. Onun hər iki tərəfdə dil tapmaq dərdi var".
Rüfət Quliyev sözlərinə belə davam edib: "Ermənistanın içində olan bəzi qüvvələr, erməni diasporu və Ermənistandan qıraqda olan revanşist qüvvələr Paşinyana təzyiq göstərirlər. Hansı ki, bu qüvvələrin Fransada və ABŞ-ın bir neçə ştatında nüfuzu var. Amma Prezidentimizin siyasəti, Azərbaycanın iqtisadiyyatının qüdrəti və beynəlxalq siyasəti nəticəsində bu ilin sonuna qədər Azərbaycanın masaya qoyulan prinsipləri əsasında sülh müqaviləsi imzalanacaq. Artıq başqa yol yoxdur. Paşinyan buna gedəcək.
Xankəndində yaşayan etnik ermənilər də artıq qərarlarını veriblər. Kim istəsə cənab Prezidentimizin təklif etdiyi kimi Azərbaycan qanunlarına tabe olaraq vətəndaşlığımızı qəbul edir və qalır. Kim də istəməsə çıxıb gedir. Yol açıqdır".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB