Prezident İlham Əliyevə ünvanlanan təbrik məktubları ölkəmizin və ölkə Liderinin beynəlxalq miqyasda nüfuzunun artmasını əyani şəkildə təsdiqidir
Dövlət o zaman güclü və qüdrətli, ən əsası sözün əsl mənasında müstəqil olur ki, onun gələcəyini düşünən, atdığı hər addımda dövlət maraqlarını öndə saxlayan Lideri vardır. Məhz bu gün Azərbaycanın müstəqil dövlət kimi mövcudluğu, dünya birliyində layiqli yer tutması, sözünün imzası qədər əhəmiyyəti, sabitlik diyarı kimi nüfuz qazanaraq bütün sahələrdə inkişafı, bir sözlə, yeniliyə əsaslanan inkişaf modeli liderlik amili ilə birbaşa bağlıdır. Hər bir dəyərləndirmə, hadisələrə düzgün qiymət bu günün fonunda keçilən yolun təhlilini bir tələb kimi qarşıya qoyur. Məhz bu gün 105 ili olan 28 May Azərbaycanın Müstəqillik Gününü daha fərqli- Qalib ölkənin, qalib vətəndahları kimi qeyd edirik. Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan Azərbaycan dövləti - Qalib Sərkərdə Prezident İlham Əliyevin “Dəmir yumruq” siyasətinin gücü ilə Güclü Ordumuzun rəşadətli əsgər və zabitlərinin birliyi və qəhrəmanlığı ilə xalqımızın müstəqillik arzularını gerçəkləşdirdi. Ali Baş Komandanımız, Prezident İlham Əliyev 28 May – Müstəqillik Günü ilə bağlı paylaşımında dediyi kimi: “Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan bugünkü Azərbaycan dövləti xalqımızın müstəqillik arzularını gerçəkləşdirdi. Əminəm ki, bizim müstəqillik inkişafımız davamlı olacaq və Azərbaycanın dövlət müstəqilliyi əbədi yaşayacaq”.
105 il öncə müstəqilliyini elan etmiş Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə ilk demokratik dövlət quruluşu olub və xalqımızın müstəqillik əzmini nümayiş etdirib. Əldə olunmuş müstəqilliyin 23 ay davam etməsinə baxmayaraq, bu müddətdə Azərbaycanda demokratik hüquq və azadlıqlar bərqərar olub, Azərbaycan dili dövlət dili elan edilib, təhsil və mədəniyyətin inkişafına xüsusi diqqət göstərilib, milli ordu və təhlükəsizlik strukturları qurulub. Ümummilli lider Heydər Əliyevin respublikada uğurla gerçəkləşdirdiyi siyasət xalqımızın tarixi-mədəni yaddaşını özünə qaytararaq milli mənlik şüurunu inkişaf etdirdi, azərbaycançılıq məfkurəsi işığında müstəqillik arzularının güclənməsi və yaxın gələcəkdə yenidən həqiqətə çevrilməsinə zəmin yaratdı. Bu gün ümummilli lider Heydər Əliyevin xarici siyasət kursunu novatorcasına, dinamik şəkildə və çox uğurla davam etdirən Prezident İlham Əliyev bu tarixi qələbəni bir daha əbədiləşdirdi.
Bu gün Azərbaycanın qalib Lideri, Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edərək tarixi nailiyyətlər qazanır dünyada getdikcə nüfuzu artan Azərbaycan beynəlxalq münasibətlərdə önəmli rol oynayır, qlobal iqtisadi və humanitar layihələrdə liderlik keyfiyyətləri nümayiş etdirir. Xarici ölkələrin və beynəlxalq təşkilatların rəhbərlərinin 28 May – Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyev cənablarına ünvanlanan təbrik məktubları respublikamızın və onun Liderinin beynəlxalq miqyasda nüfuzunun artmasını əyani şəkildə təsdiqləyir. dünyadakı nüfuzunu bir daha təsdiq edir.
GÖNDƏRİLƏN TƏBRİK MƏKTUBLARININ HƏR BİRİNDƏ ÖLKƏ BAŞÇISININ DÜNYADAKI NÜFUZUNA DİQQƏT ÇƏKİLİR, AZƏRBAYCAN ETİBARLI TƏRƏFDAŞ KİMİ QİYMƏTLƏNDİRİLİR
Dünyanın aparıcı ölkələrinin, nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri tərəfindən 28 May – Müstəqillik Günü münasibəti ilə Prezident İlham Əliyevə ünvanlanan təbrik məktublarında ifadə edilən fikirlərdə Azərbaycanın yüksək beynəlxalq nüfuza malik olması, regionun lider dövləti olaraq bir sıra mühüm beynəlxalq təşəbbüslərin müəllifi kimi tanınması, səmərəli tərəfdaşlıq münasibətləri ilə beynəlxalq güclər sistemində özünə layiqli yer tutması diqqətə çatdırılır. Bütün bunlarla yanaşı, respublikamızın beynəlxalq münasibətlərdə oynadığı önəmli rol, qlobal iqtisadi və humanitar layihələrdə liderliyi önə çəkilir, dünya ölkələrinin təhlükəsizlik, enerji və demokratik idarəetmə məsələlərində uğurlu səyləri yüksək qiymətləndirilir.
Ulu öndər Heydər Əliyevin siyasi kursunu son 19 ilə yaxın müddətdə bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin təkmil, yenilikçi siyasətinin nəticəsində Azərbaycanın istər daxildə, istərsə də beynəlxalq münasibətlər sistemində qazandığı uğurların yol açdığı tarixi Zəfərimiz, məhz Qalib Liderimiz İlham Əliyevin «dəmir Yumruq» siyasəti ilə Güclü ordumuzun qəhrəman əsgər və zabitlərinin rəşadətilə ərazi bütövlüyümüz bərpa oldu, haqq, ədalət qalib gəldi. Və bu gün Azərbaycana olan beynəlxalq baxış, daxildə xalq-Prezident birliyinin, həmrəyliyinin sarsılmazlığı bir daha Heydər Əliyev siyasətinin alternativsizliyinin təsdiqidir. 2003-cü ilin prezident seçkiləri ərəfəsində ulu öndər Heydər Əliyev xalqa etimadın növbəti ünvanını göstərərkən İlham Əliyevə Özü qədər inandığını, gələcəyinə böyük ümidlər bəslədiyini bildirdi. Qazanılmış uğurların davamlılığını, Azərbaycanın xoşbəxt gələcəyini şərtləndirən əsas amillərdən biri kimi Prezident İlham Əliyevin yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyət olmasını xüsusi vurğuladı. Hər birimiz sonsuz sevinc və iftixar hissi keçiririk ki, bugünkü qalib Azərbaycan həmin inamın, etimadın, liderliyin təqdimatıdır.
BUGÜNKÜ QALİB AZƏRBAYCAN HƏMİN İNAMIN, ETİMADIN, LİDERLİYİN TƏQDİMATIDIR
Bəli, son 19 ildə Azərbaycanda həyata keçirilən mühüm tədbirlər beynəlxalq birliyin Azərbaycana inamının, etimadının təzahürü, ölkəmizin və Azərbaycan Prezidenti İlham Əliyev cənablarının qlobal miqyasda nüfuzunun göstəricisidir. Və bu gün Azərbaycan dünyada özünəməxsus milli inkişaf modeli ilə tanınır. Prezident İlham Əliyev bildirir ki, qarşımızda duran strateji vəzifə Azərbaycanın müstəqilliyini daha da möhkəmləndirmək və bütün sahələr üzrə onu dünyanın inkişaf etmiş, rəqabətədavamlı ölkələri sırasına çıxarmaqdır. Və bu gün Prezident İlham Əliyev cənablarına ünvalanan təbrik məktubları da dövlət başçımızın son 19 ildə uğurla, qətiyyətlə Azərbaycanın haqq, ədalət təfdarı olduğunun göstəricisidir.
Və Azərbaycan Prezidentinə ünvanlanan məktublarda da bütün bu reallıqlar yer alır. O cümlədən, ABŞ Prezidenti Cozef Baydenin cənab Prezident İlham Əliyevə Müstəqillik Günü münasibətilə təbrik məktubu ünvanlaması Amerikanın Azərbaycanı regionda əhəmiyyətli siyasi fiqurlardan biri kimi qiymətləndirməsindən xəbər verir. Bayden regional sülh məsələlərinin həlli istiqamətində dövlətimizin səylərini dəstəklədiyini ifadə edən məktubu bir daha beynəlxalq aləmin də Qafqazda davamlı sülhə maraqlı olduğunu göstərir və regionun firavan və dinc gələcəyi naminə Ermənistan və Azərbaycan arasında barışığın təşviq olunmasına çağırışların olunmasını vurğulayır. Çünki ABŞ Administrasiyası aydın görür ki, güclü və inkişaf edən Azərbaycan həm də Cənubi Qafqaz - Xəzər dənizi regionunda Avropanın enerji təhlükəsizliyinin təminatında önəmli rol oynayan enerji layihələrinin reallaşdırılması və dayanıqlılığının təmin edilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Azərbaycan rəhbərliyi ilə həyata keçirilən bütün enerji layihələri enerji təhlükəsizliyini, enerji mənbələrinin şaxələndirilməsini və bütün iştirakçı tərəflərə fayda verilməsini təmin edir. Və Cozef Baydenin də qeyd etdiyi kimi Azərbaycan daima beynəlxalq antiterror əməliyyatlarında fəal iştirak edib.
Həmçinin, Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon, Xorvatiya Respublikasının Prezidenti Zoran Milanoviç, Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisinin, Pakistan İslam Respublikasının Prezidenti Arif Alvinin, Avstriya Respublikasının Federal Prezidenti Aleksander Van der Belen, Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin, Müstəqil Dövlətlər Birliyinin Baş katibi Sergey Lebedevin, Qabon Respublikasının Prezidenti Ali Bonqo Ondimbanın, İspaniyanın Kralı VI Felipenin, Nikaraqua Respublikasının Prezidenti Daniel Orteqa Saavedra və Nikaraqua Respublikasının vitse-prezidenti Rosario Muriyonun, Çin Xalq Respublikasının Sədri Si Cinpinin və başqalarının Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə dövlətimizin başçısına ünvanlanan təbrik məktublarında ölkəmizin dünya arenasında yüksək nüfuz qazanması, beynəlxalq gündəlikdəki çoxsaylı mühüm məsələlərin həllində fəal rol oynaması, regional sülh və sabitliyin möhkəmləndirilməsi istiqamətində birgə əməkdaşlıq münasibətlərinin qurulması ilə bağlı nəzərəçarpan uğurlar əldə etməsi öz ifadəsini tapıb. Bütün bu dəyərləndirilmələr isə təbii ki, Prezident İlham Əliyevin beynəlxalq uğurlu siyasətinə, səmərəli fəaliyyətinə verilən yüksək qiymətin ifadəsidir.
RƏFİQƏ KAMALQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB