Lavrovun hədəsi fonunda ERMƏNİSTANIN QORXU KOMPLEKSİ - TƏHLİL

Lavrovun hədəsi fonunda ERMƏNİSTANIN QORXU KOMPLEKSİ - TƏHLİL

Hər bir bəyanatı, hər bir ifadəni Ermənistan cəmiyyəti özünə qarşı təhdid, yaxud da hədə hesab etməkdə davan edir. Məhz Rusiya tərəfini təhdid edən tərəf olaraq qiymətləndirmələrindən sonra, erməni cəmiyyəti Moskvanın vasitəçiliyi ilə Nikol Paşinyanın razılaşmasına biganə qala bilmir. Erməni baş naziri elə erməni cəmiyyəti tərəfindən həm qorxaqlıqda, həm bacarıqsızlıqda, həm də xəyanətkarlıqda ittiham olunur. Məsələ burasındadır ki, ermənilərin hər birinin qorxu keçirdiyi dərhal hiss olunur və Rusiya tərəfinin tələblərlə çıxış etdiyi qənaətində olan ermənilərin qorxu içərisində olduqları özlərinə məxsus qorxu kompleksinin təzahürü kimi diqqətdən yayınmır.

Ermənistan cəmiyyəti məhz Rusiya hakimiyyətinin İrəvana qarşı tələblərlə çıxış etdiyini, bu tələblərin davam etdiyini iddia edir və bu cəmiyyətin keçirdiyi böyük təlaş artıq açıq-aşkar şəkildə özünü biruzə verir. Haylara görə Moskv İrəvandan daha böyük loyallıq və güzəştlər təəb edir. Ermənilər hesab edirlər ki, onların xarici siyasətlərini şaxələndirməyə ruslar imkan vermirlər. İddia edirlər ki, Rusiyanın qucağından xilas olmaq üçün səylərinin mənasız olduğu üzə çıxır. Üstəlik, haylar hətta hesab edirlər ki, Ermənistan hakimiyyətini Rusiya açıq şəkildə hədələyir və əməlli-başlı qorxudur.

Bu gün ermənilər rəsmi İrəvanın Qərb yönümlü siyasətini rusların bəyənmədiyini yaxşı bilirlər və buna görə də hesab edirlər ki, Moskva İrəvanın istənilən hərəkətində “xəyanət” görür. Əslində, ruslar bu mənada tamamilə haqlıdırlar, çünki xəyanətkarlıq erməni xislətinə məxsus olandır və onların hərəkətlərində xəyanət axtarmaq tam məntiqidir. Eyni zamanda Rusiya axı dəfələrlə Ermənistanın xəyanətkarlığının şahidi də olub və indi belə bir qənaətdə olmalarında, onların hərəkətində xəyanət görmələrində qeyri-adi nə var? Rusiya xarici işlər naziri Sergey Lavrovun “Sarqrad” telekanalına verdiyi son müsahibəsi isə ermənilərin kürkünə birə salıb. Ona görə ki, o ermənilərin, eləcə də amerikalıların Rusiyanı bölgədən qovmaq arzusunda, niyyətində olduğunu deyib. “Mən bilirəm ki, məsələn, onlar ermənilərə siqnal verirlər ki, rusları, onların sərhədçilərini öz ərazilərindən qovsunlar... Hərbi bazanı çıxarsınlar. Əvəzində də onların təhlükəsiz qalmasına kömək ediləcəyinə söz verilir, hansıki bu, açıq təxribatdır”, deyə Lavrovun ABŞ-ın rusları qovmaq barədə Ermənistana çağırış etdiyini təxribat adlandırması ermənilərin yuxusunu ərşə çəkib.

Lavrovun bu ifadələrini ermənilər, axmaqlıqla edilmiş açıq kobudluq kimi qiymətləndirirlər. Onlar iddia edirlər ki, guya Vaşinqtonun ermənilərə heç bir siqnal göndərməsinə ehtiyac belə yoxdur. Bir sözlə, haylar bəyan edirlər ki, guya Ermənistan cəmiyyətinin özündə də böyük əksəriyyət Rusiyanın bu işğalçı ölkə ərazisindəki hərbi mövcudluğuna son qoymaq arzusundadır. Sual oluna bilər ki, bəs o zaman nə etmək niyyətindədirlər ermənilər? Bəlkə Rusiyanın hərbi bazasının əvəzinə ABŞ-ın bazasını yerləşdirmək istəyirlər? Əslində, bəlkə yox, bu elə belədir və ruslar da bunu çox yaxşı bilirlər deyə onlara lazımi mesajlar verirlər. Hər halda Lavrov boş yerə belə danışmazdı. Həm də onun danışdıqları erməniləri bu qədər qıcıqlandırmazdı, əgər məsələ elə onun dediyi kimi olmasaydı.

Onsuz da İrəvana yollanan və ya oradan çıxıb gedən hər bir erməninin sənədlərinin Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidməti tərəfindən yoxlanılması hayların bu vaxta qədər həzm edə bilmədiklərindən, narahat olduqları məsələlərdən sayılır, hansı ki, bunu özləri etiraf edirlər. Etraf edirlər ki, hərhansı bir erməni İrəvana gələrkən ilk gördüyü pasport nəzarətində olan rus sərhədçisidir. Zvartnots aeroportunda rus sərhədçilərinə ermənilərin pasportlarını yoxlamaq icazəsini əvvəlki korrupsioner hakimiyyətin icazə verməsini erməni cəmiyyəti böyük səhv hesab edir və bir növ, asılı vəziyyətlərinə görə də kompleksdə oluqları da duyulur. Bir çoxları bunu hətta erməni xalqının əbədi olaraq alçaldılması hesab edir. Əslində, bu fakt özü yetərlidir ki, Ermənistanın hələ də suveren ölkə olmadığı qənaətinə gəlinsin. Bir tərəfdən də Rusiyanın bu işğalçı ölkədə hərbi mövcudluğu məsələnin nə yerdə olduğunu dərk etməyə əsas verir və ermənilərin qorxu kompleksi də bu baxımdan heç də təsadüfi deyil.

Rusiya artıq Ermənistana zərrə qədər də etibar etmir və bu o deməkdir ki, rəsmi İrəvanın atdığı hər bir addım ruslar tərəfindən izlənilir. Qərb Qafqazda mövcudluğu üçün Ermənistandan istifadə etmək niyyətindədir. Belə bir məqamda ermənilər alət hesab olunur. Özləri də bunu bilirlər. Sadəcə olaraq, indi Ukrayna ilə Rusiya arasında müharibə fonunda ermənilər ruslardan çox amerikalıların himayəsi altına sığınmağı üstün hesab edilər. Daha dəqiq desək, ermənilər indi Rusiyanın gücünün zəiflədiyini düşünürlər deyə daha güclü himayədar, daha etibarlı ağa axtarışındadırlar. Belə bir himayədar tapdıqarı, yaxud tapacaqları müzakirə mövzusu deyil, amma hayların bu addımı, daha doğrusu hiyləgərliklə etdikləri xəyanət rusların diqqətindən yayınmırsa, bu artıq onlar üçün çox ciddi müzakirə mövzusu sayılır. Bax elə qorxu da buna görədir.

Doğrudur, erməni xisləti üçün hansısa dövlətin sığınacağına qısılmaq ənənəvi haldır və onlar buna tarixən öyrəncəlidirlər. Eyni zamanda onlar uzun müddət sığındıqları dövlətə, həmin dövlət zəiflədiyi zamanda xəyanət etməyə, həmin dövləti qarşı tərəfə satmağa da alışqandırlar. Tarixi faktlar bunu sübut edir. Məsələ burasındadır ki, həmin bu tarixi faktları bilən ruslar, son zamanlar bu faktla özləri də rastlaşmalı oldular və hər bir erməninin iç üzünü onlar artıq çox yaxşı bilirlər. Rusların hesabına məskunlaşdıqları torpaqlarda Rusiyanın hərbi mövcudluğuna son qoymaq, amerikalıların yanaşma tərzi ilə desək, onları qovmaq arzuları da Moskva üçün sirr deyil. Bu baxımdan Rusiyanın xarici işlər naziri Sergey Lavrovun dedikləri tam anlaşılandır. Haylar bunu lap yaxşı başa düşürlər. Başa düşürlər ki, Kreml məsələni ciddi şəkildə nəzarətdə saxlayır və niyyətləri onlara baha başa gələ bilər. Elə buna görə də ermənilərin qorxu kompleksinin məhz nədən əmələ gəldiyi heç də təəccüblü deyil.

Qafqazda necə peyda olduqlarını, rusların hesabına mövcudluqlarını qoruyub saxladıqlarını, hətta dövlət belə qurduqlarını haylar özləri hamıdan yaxşı bilirlər. Onu da bilirlər ki, məhz ruslara güvənərək Azərbaycan ərazilərini işğal edərək 30 ilə yaxın işğal altında saxladılar. Həyasızlıqları o həddə çatdı ki, Azərbaycan ərazilərində ikinci erməni dövləti qurmaq həvəsinə də düşdülər, hansı ki, bu məsələdə də ruslara güvəndilər. Axı öyrənmişdilər bizə məxsus ərazilərdə rusların hesabına dövlət qurmağa və bu dəfə də ümid edirdilər ki, ikinci bir dövlət qurmaq istəyinə düşəndə ruslar onlara kömək edəcək. Amma belə olmadığını görəndə çaş-baş qaldılar. Torpaqlarımızı işğaldan azad etdiyimiz zaman isə Moskvadan kömək umsalar da köməklərinə çatan olmadı, işğal altında saxladıqları torpaqları qoyub qaçmalı oldular və tamamilə ümidsizliyə qapandılar, rusların ətəyindən də əllərini üzdülər. Son ümidləri isə rus sülhməramlılarına güvəndikləri zaman tükəndi və gördülər ki, Azərbaycanın yaratdığı reallıqlarla digər dünya dövlətləri kimi, Rusiya da barışıb və onlara heç sülhməramlı kontingent də kömək edə bilmir. Bu zaman da çıxış yolunu Qərbdə gördülər, indi də Qərbin ayaqları altına yıxıldılar, amma bilirlər ki, Kreml bunu onlara bağışlamayacaq və gec ya tez bunun hesabını verməli olacaqlar. Belə olan halda niyə, nəyə görə qorxu kompleksi yarandığı bəlli olur.

Rusiya onilliklər boyu Qafqazda mövcudluğunu qoruyub və bunun üçün haylar alət edilsə də, onlara müəyyən imtiyazlar, dividentlər də verilib. Özləri də yaxşı bilirlər ki, rusların onlara bağışladığı nəyə görədir və bundan da sui istifadə etməkdə davam etdilər. Yəni, Rusiyaya lazım olduğu zaman bölgədə qarışıqlıq salmaq kimi tapşırıq aldılar və hiyləgərcəsinə bu tapşırıqdan da öz maraqları naminə istidadə etməyə başladılar. Sözsüz ki, erməniləri ruslar əbədi olaraq himayəyə götürə bilməzdilər. Bəli, ola bilsin ki, hələ də müəyyən güzəştlər ola bilərdi, amma artıq xəyanətlarlıqları fonunda bunun mümkünsüzlüyü ortaya çıxdı. İrəvan Moskvanın dəstəyindən məhrum olduğunu hiss etdiyi zaman “ağa” axtarışına çıxdı, amma bu ruslara xoş təsir bağışlaya bilməzdi. Ələlxüsus ermənilərin onları Qərbə satması rusların həzm edə biləcəyi bir şey deyil. Eyni zamanda ruslar amerikalılara Qafqazı “hədiyyə” verməzlər də. Bu məsələdə “güzəşt” ola bilməz və ermənilər özbaşına deyillər ki, onlara hədiyyə olunan ərazilərə amerikalıları dəvət edib, rusları qovmaq fikrinə düşsünlər. Ona görə də ermənilər bilirlər ki, nə zamansa buna görə, belə bir fikrə düşdükləri üçün ruslar hesabat istəyəcəklər və belə bir hesabat onlar üçün çox ağır nəticələr, hətta faciə deməkdir. Lavrovun dediklərindən nəticə çıxarmaq istəyən ermənilər ona görə bunu təhdid adlandırdılar və qorxuya düşdülər. Bəzi erməni politoloqların özlərinin fikrincə, Rusiyanın belə bir mövqeyi fonunda ermənilər dövlətdən belə məhrum ola bilərlər, Ermənistan dövləti tarixin arxivinə belə yazıla bilər. Elə bu baxımdan da qorxuları, hayların qorxu kompleksi başadüşüləndir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə