"ABŞ və Azərbaycan bir çox istiqamətlərdə müttəfiqlik əlaqələrinə sahibdir" - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

"ABŞ və Azərbaycan bir çox istiqamətlərdə müttəfiqlik əlaqələrinə sahibdir" - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

“ABŞ prezidenti Co Bayden Azərbaycan Prezidenti İlham Əliyevə 28 May- Müstəqillik günü münasibətilə təbrik məktubu göndərib. Hesab edirəm ki, bu dövlətlərarası yazışmalarda prosedur qaydası olmaqdan daha çox ABŞ-ın Azərbaycanla münasibətlərinə, bir çox istiqamətlərdə birgə fəaliyyətinə verilən qiymətdir. Çünki Azərbaycan uzun illər ərzində ABŞ ilə dünyanın müxtəlif bölgələrində sülhü təminetmə və sülhün qorunması istiqamətində atılan addımlarda, eyni zamanda terrorizmə, silah qaçaqmalçılığına, narkotizmə qarşı mübarizədə birgə fəaliyyət göstəriblər”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Anar Əliyev deyib.

Onun sözlərinə görə, Azərbaycan bu istiqamətdə ABŞ tərəfindən atılan addımlara öz dəstəyini nümayiş etdirib: “Dövlətimiz Kosovada, İraqda, Əfqanııstanda koalisiya qüvvələrinin sülhyaratma missiyasında iştirak edərək dünyada sülhün bərqərar olması və bəşəriyyətin gələcəyi üçün təhdid törədəcək bir çox məsələlərlə bağlı dünya gücləri ilə bir yerdə olduğunu göstərib. Bu mənada ABŞ və Azərbaycan bir çox istiqamətlərdə müttəfiqlik münasibətlərinə sahibdir. Eyni zamanda, 44 günlük Vətən müharibəsi bitdikdən sonra Azərbaycanın Cənubi Qafqazda sülh əldə olunması istiqamətində ardıcıl təşəbbüslərinə ABŞ-dan dəstək görməkdəyik. Xüsusilə bu ilin əvvəllərindən başlayaraq bir neçə dəfə ABŞ rəsmiləri tərəfindən Ermənistan-Azərbaycan arasında münasibətlərinin tənzimlənməsi ilə bağlı real mövqe ortaya qoyulub, həm liderlər, həm də xarici işlər nazirləri səviyyəsində görüşün təşkil olunmasında addımlar atılıb”.

Politoloq sözlərinə davam edərək bildirib ki, bəzən nail olunan bu görüşlər çərçivəsində də bölgəyə sülh gətirilməsi yolunda ABŞ-ın təşəbbüslərinin şahidi olmuşuq: “Ümumiyyətlə, ABŞ-ın Cənubi Qafqaza münasibətdə iki fərqli yanaşmasını müşahidə edirik.

ABŞ və Azərbaycan münasibətləri davamlı şəkildə inkişaf edir. Co Bayden bu məktubu ilə bölgədə sülh prosesinin qaranti rolunda məhz Azərbaycanın çıxış edə biləcəyini bəyan etmiş oldu. Eyni zamanda, ABŞ prezidenti Azərbaycan ilə təhlükəsizlik, iqtisadiyyat da daxil olmaqla bir çox istiqamətlərdə əmkdaşlıqda maraqlı olduqlarını qeyd edib. Hesab edirəm ki, bu Azərbaycanın bölgədəki artan nüfuzunun göstəricisidir”.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə