Putin: “Qərb Rusiyada etniklərarası qarşıdurma yaratmaq istəyir” ŞƏRH
Rusiya prezidenti Vladimir Putin bildirib ki, Qərb Rusiyada etniklərarası qarşıdurma yaratmaq istəyir: “Onların istəyi baş tutmayacaq. Qərbli düşmənlər axmaqların yarışmasında ikinci yeri tutacaqlar. Niyə ikinci? Çünki onlar axmaqdırlar”.
Rusiya lideri onu da bildirib ki, Rusiyanın Qərb əleyhdarları boş yerə "çalışdıqları effektə ümid edirlər". “Onlar başa düşmürlər ki, xarici təcavüz şəraitində çoxmillətli xalqımız güclənir”.
Xatırladaq ki, bu gün - mayın 19-da Rusiya lideri bildirib ki, Moskva misli görünməmiş sanksiya təzyiqinə, eləcə də ABŞ və digər Qərb ölkələrinin haqsız rəqabətinə baxmayaraq, əhəmiyyətli miqdarda silah ixrac edə bilər. Putinin qeyd etdiyi kimi, Rusiya dünya silah bazarında liderlərdən biridir.
İlham
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB