“Ermənistan sülh müqaviləsinə imza atmaq istəmir” - POLİTOLOQ AÇIQLADI
"Ümumiyyətlə, Ermənistan-Azərbaycan arasında Brüssel formatında beş dəfə görüş keçirilib. Vaşinqtonda Moskvanın vasitəsilə bir neçə sənəd imzalanıb. Görüldüyü kimi, Ermənistan tərəfi son məqama qədər sülh müqaviləsinə imza atmaq istəmir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

O, sözlərinə bu ifadələrlə davam edib: “Baxmayaraq ki, Azərbaycanın beş təməl prinsipi qəbul edilib- Vaşinqton da, Brüssel də bu prosesi dəstəkləyir, amma Nikol Paşinyan sonda sülh müqaviləsində yenə də Qarabağdakı erməni icması statusu məsələsini qabardıb. Bu, Azərbaycan üçün qırmızı xəttdir, Azərbaycanın daxili məsələsinə qarışmaqdır.
Hesab edirəm ki, mütləq şəkildə Avropa İttifaqı Ermənistana təzyiq etməlidir. Həmçinin, Ukraynanın Rusiyaya qarşı əks-hücumları fonunda Rusiya ciddi şəkildə məğlub olacaqsa, Ermənistan tərəfinin mövqeləri də zəifləyəcək.
Eyni zamanda, Rusiyanın Ermənistandakı geosiyasi mövqeləri də gücdən düşəcək. Bu prosesə maneə yaradan da elə məhz Rusiya tərəfinin özüdür. Düşünürəm ki, bu il də olmasa növbəti illərdə Ermənistan-Azərbaycan arasında sülh müqaviləsi mümkündür. Sadəcə, Avropa İttifaqının Ermənistana ciddi təzyiqlər etməsi lazımdır. Əks təqdirdə Ermənistan hələ bir müddət təxribatlarını davam etdirəcək".
Fazil Hənifəyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB