"Paşinyan qeyri-sabit siyasət yürüdür" - POLİTOLOQ ŞƏRH ETDİ

"Paşinyan qeyri-sabit siyasət yürüdür" - POLİTOLOQ ŞƏRH ETDİ

"Ermənistanın təxribatçı əməllərinə son verməsini gözləmək hələ tezdir. Azərbaycan və Ermənistan arasında sülh sazişi imzalanmadığı müddət ərzində ermənilər təxribatları davam etdirəcəklər". Bu sözləri SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev bildirib.

Onun sözlərinə görə, Paşinyan qeyri-sabit siyasət yürüdür, Ermənistan daxilində müxalifət getdikcə güclənir: "Brüssel görüşündə Azərbaycan Prezidenti Ermənistanın Qarabağ məsələsini birdəfəlik unutması gərəkdiyini bildirdi. Azərbaycan artıq nə vaxt hansı təxribatların törədilə biləcəyini bilir. Ermənistan isə Azərbaycanın əvvəlki Azərbaycan olmadığını unudur.

Hazırda Azərbaycan dövləti şaxələnmiş və düzgün xarici siyasət yürüdür".

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə