“Qarabağda yenidənqurma işləri sürətli şəkildə həyata keçirilir“ - DEPUTAT DANIŞDI

“Qarabağda yenidənqurma işləri sürətli şəkildə həyata keçirilir“ - DEPUTAT DANIŞDI

“Prezident İlham Əliyevin Ağdama səfərinin əhəmiyyəti çox böyükdür. Təməli qoyulan müəssisələr göstərdi ki, ölkə başçısınən rəhbərliyi ilə Qarabağda yenidənqurma işləri ən sürətli şəkildə həyata keçirilir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Ceyhun Məmmədov bildirib.

Onun sözlərinə görə, cənab Prezident özü birbaşa yenidənqurma işlərinə nəzarət edir: “Bu baxımdan bölgənin ümumi inkişafı daha sürətli şəkildə gedir.

Prezidentin Ağdam səfərində də bir çox əhəmiyyətli obyektlərin təməlqoyma prosesi həyata keçirildi. Proseslər daha da sürətli şəkildə irəliləyir və bütün bunlar onu deməyə əsas verir ki, qısa müddət ərzində Qarabağ dünyanın ən gözəl bölgələrindən birinə çevriləcək”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə