"Azərbaycan öz suveren ərazilərini qanunsuz müdaxilələrdən qoruyur" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
"Azərbaycan öz suveren ərazilərində təhlükəsizlik tədbirlərini həyata keçirir. Laçın-Xankəndi yolunda DSX-nın nəzarət-buraxılış məntəqəsənin qurulması ölkəmizin suveren hüququ və suverenliyinin növbəti təsdiqidir. Bu, tarixi və strateji əhəmiyyətli qərardır. Məlumdur ki, aprelin 22-də Ermənistana məxsus yük avtomobilləri ilə iki ədəd hərbi məqsədlər üçün yaşayış konteynerləri və hərbi avtomobillər konvoyu Azərbaycan ərazisinə keçirildi. Eyni zamanda Ermənistan tərəfindən Laçın-Xankəndi yolunun başlanğıcında Azərbaycan ərazisinə ən yaxın məntəqədə hərbi infrastruktur qurmaq fəaliyyəti də nəzarət-buraxılış məntəqəsinin qurulumasını zəruri edirdi. Ümumiyyətlə, ötən il dekabrın 12-dən etibarən etiraz aksiyasının başlanması ilə yolda nəzarət de-fakto Azərbaycan tərəfdən həyata keçirilirdi". Bu sözləri SİA-ya açıqlamasında deputat Könül Nurullayeva deyib.
Onun sözlərinə görə, 44 günlük Vətən Müharibəsindən sonra, 10 noyabr 2020-ci il üçtərəfli bəyanatın müddəalarına zidd olaraq, Ermənistan və qanunsuz erməni hərbi birləşmələri yoldan hərbi məqsədlər, o cümlədən minaların daşınması üçün istifadə edir: "Azərbaycanın talan olunan təbii sərvətləri də bu yolla daşınırdı. Mina terroru və diversiyalalar törədilir. Yoldan sui- istifadənin nəticəsidir ki, indi Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində 10.000 nəfərdən artıq şəxsi heyəti olan ordu yaradılıb. Ermənistan tərəfi isə bu qüvvələrin imkanlarını davamlı olaraq artırmaqla məşğuldur. Belə olan halda Azərbaycan tezliklə Laçın daxil olmaqla digər azad olunmuş ərazilərə köçürüləcək mülki əhalinin təhlükəsizliyini təmin etməlidir. Bu məsələdə heç kim Azərbaycanın daxili işinə qarışa bilməz.
Digər tərəfdən, Ermənistan birtərəfli qaydada Laçın-Xankəndi yolunun üzərində post qurub. Belə olan halda Azərbaycan da təbii ki, adekvat addım atmalı idi".
Deputat sözlərinə davam edərək bildirib ki, Ermənistan bu məsələ ətrafında da “humanitar fəlakət” şousu yaratmağa çalışır, amma nəticəsi olmayacaq: "Beynəlxalq hüquqa görə də dövlətin öz suveren ərazilərini qanunsuz müdaxilələrdən qoruması və sərhəd-keçid məntəqələrində nəzarəti təmin etməsi onun suveren və ayrılmaz hüququdur. Postun qurulması Qarabağda yaşayan mülki ermənilərin yoldan istifadəsini məhdudlaşdırmır. Əksinə, qanuni və tənzimlənən gediş-gəliş üçün imkan yaradır. Odur ki, Qarabağ erməniləri artıq yaranmış imkanı düzgün dəyərləndirməlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB