"Bizim öz dəst-xəttimiz var" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Bizim öz dəst-xəttimiz var" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Fransa prezidenti Emmanuel Makrona qarşı etiraz aksiyası və digər addımlar əvvəl də olub və bunlar indi başlamayıb. Təxmini son 4-5 ildir ki, bu hallar yaşanır. İndi Fransada qeyri-stabil bir vəziyyət yaranıb və iki il bundan öncə də burada iğtişaşlar var idi. İndi də Makron pensiyalarla bağlı qanuni, amma məntiqsiz və ədalətsiz bir addım atıb. Belə ki, Makron parlamentdə müzakirə olunmamış, ona siyasi qiymət verilməmiş bir qanuna imza atıb. Həmçinin o, bu qanunu tətbiq etməyə başlamaq istəyir". Bu sözləri SİA-ya açıqlamasında deputat Rüfət Quliyev deyib.

Onun sözlərinə görə, bu günləri Fransada kifayət qədər problemlər var ki, bunu oradakı aparıcı siyasətçilər və böyük şirkət sahibləri də başa düşür: "Düşünürəm ki, bəlkə də Makron bu səfər də çalışacaq ki, xalqla dil tapıb problemləri həll etsin. Amma vəziyyət günü-gündən gərginləşir".

Deputat sözlərinə belə davam edib: "Bu Fransanın başında duran adam və ona dəstək olan bir qrup siyasətçilər avaradırlar ki, Azərbaycan və başqa ölkələrə məsləhət verirlər. İlk olaraq elə öz ölkənizdə normal mühit yaradın, insanları razılaşdırın və problemlərinizi həll edin. Bunları etdikdən sonra başqa ölkələrin daxili işlərinə qarışarsınız. Azərbaycan müstəqil ölkədir və heç kimin ixtiyarı yoxdur ki, Qarabağ məsələsində bizə məsləhət verib yol göstərsin. Bu qəti formada qəbulolunan deyil. Bizim öz dəst-xəttimiz var. Dünya miqyasında dəstəklənən, beynəlxalq qanuna uyğun olan öz siyasətimizi həyata keçiririk".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə