“Parisin yarıtmaz siyasəti xalqı da bezdirib” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
“Bidiyiniz kimi, günlərdir Fransada etiraz aksiyaları davam edir. Fransa Emmanuel Makronun hakimiyyətindən etibarən qlobal siyasətdəki mövqeyini itirməyə başladı. Görünən odur ki, Fransanın xarici siyasəti kimi daxili siyasəti də uğursuzdur”. Bu sözləri SİA-ya açıqlamasında deputat Müşfiq Cəfərov deyib.

Onun sözlərinə görə, xalq hakimiyyətin islahat adı altındakı siyasətinə etiraz edir: “Lakin Makronun başı isə Qarabağda erməni terrorçularını dəstəkləməyə qarışıb.
Mən deyərdim ki, Parisin yarıtmaz siyasəti xalqı da bezdirib. Fransızlar nəinki sosial problemlərə, hətta hakimiyyətlərinin terroru dəstəkləyib, maliyyələşdirməsinə də qarşı çıxmalıdır.
Bu gün dünyada gedən qütbləşmələr hakimiyyətlərin öz milli yox, korporativ maraqlarını qorumaq cəhdləri artıq xalqların etirazına səbəb olur. Fransada olan etirazlar hər zaman xalqın qələbəsiylə başa çatıb. Düşünürəm ki, firənglər terror dəstəkçisi hakimiyyətlə hesablaşa biləcəkdir”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB