"Səs" qəzetinin redaksiyasında Ulu Öndərin 100 illik yubileyinə həsr edilmiş dəyirmi masa keçirilir - YENİLƏNİR-FOTOLAR
Bu gün "Səs" qəzetinin redaksiyasında “Çevrilişə cəhdin qarşısı son anda alındı” mövzusunda növbəti dəyirmi masa keçirilib. SİA xəbər verir ki, dəyirmi masada YAP Veteranlar Şurasının sədri Arif Rəhimzadə, YAP İdarə Heyətinin üzvü, Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov, YAP Gənclər Birliyinin sədr müavini Fəsli Nəbiyev, YAP-ın veteran üzvü Valeh Seyfiyev, siyasi ekspert Abutalıb Səmədov iştirak ediblər.
Açılış nitqini edən YAP Veteranlar Şurasının sədri Arif Rəhimzadə Ulu Öndərin Azərbaycan üçün gördüyü işlərin əhəmiyyətini vurğulayıb: “Azərbaycan tarixində 20-ci əsrin böyük bir hissəsi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər Azərbaycanı ağır bir vəziyyətdən çıxarıb. O dövrdə hər kəs başa düşürdü ki, Azərbaycanın rəhbərləri ölkəni o zamankı ağır vəziyyətdən çıxarmaq iqtidarında deyil. Azərbaycan bütün göstəricilərinə görə, SSRİ-də ən axırıncı yerlərdən birini tuturdu. İllər keçdikcə vəziyyət daha da ağırlaşır, ölkə bir çox sahələr üzrə zəifləyirdi. Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra isə ölkə iqtisadiyyatı görülməmiş şəkildə inkişaf etdi. Ümummili Lider məhz Azərbaycanın bu gününü düşünür, bu istiqamətdə addımlar atırdı. Bu isə Ulu Öndərin uzaqgörənliyinin nəticəsi idi. Əgər 1974-cü ildə Azərbaycan Dərin Özüllər zavodu tikilməsəydi, bu sahədəki inkişaf də bir neçə il geriləyərdi.
Ümumiyyətlə Ulu Öndər Heydər Əliyevin addığı bütün addımlar onun uzaqgörən siyasətinin bariz nümunəsi kimi bu gün də özünü göstərməkdədir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB