“Yeni Azərbaycan” qəzeti hər zaman olduğu kimi, bu gün də prinsipial, qətiyyətli mövqeyinə sadiq qalmaqda, habelə Azərbaycan dövlətinə, xalqımızın maraqlarına əzmkarlıqla xidmət etməklə cəmiyyətdəki yüksək nüfuzunu qoruyub-saxlayır. Bu gün 30 yaşlı “Yeni Azərbaycan” qəzeti ölkə mətbuatında özünəməxsus yeri və əhəmiyyətli rolu ilə seçilir". SİA xəbər verir ki, bunu "SƏS" Media Qrupun rəhbəri Bəhruz Quliyev əməkdaşlarla birlikdə "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Alqış Həsənoğlu ilə görüşdə deyib.
"SƏS" Media Qrupun rəhbəri "Yeni Azərbaycan" qəzetinin baş redaktoruna və kollektivə öz səmimi arzularını çatdırıb və əlavə edib ki, "Yeni Azərbaycan" qəzeti 30 illik fəaliyyətində yalnız dövlətçiliyə, partiyanın təşkilatlanması və inkişafına xidmət edib: "Qəzetin inkişafında başda Alqış Musayev olmaqla və illərini həsr edən bütün kollektivin xüsusi rolu var. Bu şərəfli yolda bütün kollektivə uğurlar arzu edirəm".
Daha sonra "SƏS" Media Qrupun xüsusi sifarişi əsasında hazırlanmış tort kəsilib və xatirə fotosu çəkilib.
Qeyd edək ki, demokratiya və plüralizm dövrümüzdə oxucularının qarşısına hər dəfə yenilikləri ilə çıxan “Yeni Azərbaycan” qəzeti Ulu Öndər Heydər Əliyev ideologiyasını, o cümlədən, bu ideologiyanın Prezident İlham Əliyevin alternativsiz liderliyi altındakı davamını, inkişaf və tərəqqisini müxtəlif məqalələri ilə oxucu auditoriyasının diqqətinə çatdıran mətbu orqan olaraq həm də Azərbaycanın müstəqillik tarixinin salnaməsinin canlı tarixi və şahididir. Hakim Yeni Azərbaycan Partiyasının siyasi xəttini ardıcıl şəkildə təbliğ etmiş, cəmiyyətin aktual problemlərini qətiyyətlə ictimai müzakirəyə çıxarmış, vətənpərvər ziyalıların, demokratik düşüncəli insanların, ictimai-siyasi xadimlərin, elm və mədəniyyət adamlarının ardıcıl dialoq platformasına çevrilmiş “Yeni Azərbaycan” qəzeti respublikada demokratik cəmiyyət quruculuğuna, vətəndaş həmrəyliyinin güclənməsinə, siyasi mədəniyyətin inkişafına, milli-mənəvi dəyərlərin təbliğinə öz əhəmiyyətli töhfələrini verməkdədir və daim yeniləşən qəzet qarşısına qoyulan bütün məqsədlərinə doğru inamla addımlayır.
Bu münasibətlə biz də “SƏS” qəzeti olaraq həmkarlarımızı səmimi qəlbdən təbrik edir, “Yeni Azərbaycan” qəzetinin daha böyük uğurlara imza atmasını arzulayırıq. Yeni yubiley yaşın mübarək, “Yeni Azərbaycan” qəzeti!
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB