"Qarşı tərəf ipə-sapa yatmır" - EKSPERT MÜNASİBƏT BİLDİRDİ

"Qarşı tərəf ipə-sapa yatmır" - EKSPERT MÜNASİBƏT BİLDİRDİ

“Keçən il dekabr ayının 12-dən QHT və vətəndaş cəmiyyətinin başlatdığı aksiya bu günə qədər davam edir. Aksiya müddəti ərzində müəyyən qədər həmin o separatçı rejimin dırnaqarası siyasi qüvvələri tərəfindən həyata keçirilən bir çox qanunsuzluqların qarşısı alınıb. Həmin o mədənlərin istismar olunması məsələsi dayandırılıb”. Bu sözləri SİA-ya açıqlamasında hərbi-siyasi ekspert Telman Qasımov deyib.

Onun sözlərinə görə, digər tərəfdən demək olar ki, Xankəndindəki proseslərdə bir çox məsələlərin həllinə müvəffəq olunub: “Yəni, orada bir çox məsələlərdə Ruben Vardanyanın hakimiyyətdən getməsi, Xankəndində həmin o separatçı rejimə qarşı yeni müxalifətin yaranması, narazılıqlar və digər məsələlər bu aksiyanın keçirilməsi nəticəsində baş vermişdir.

Digər məsələlər var ki, həmin o aksiyanın keçirilməsi nəticəsində baş vermişdir. Təbii ki, dövlət səviyyəsində həll olunacaq məsələlər də var. Amma yenə də aksiya öz niyyətinə müvəffəq olub”.

Telman Qasımov sözlərinə belə davam edib: “Həmin o siyasi aksiyanın nəticəsidir ki, Silahlı Qüvvələrimiz tərəfindən yolun bağlanması, qeyri-qanuni istismar edən rejim tərəfindən silahların daşınması məsələsinin üstü açıldı.

Son durum budur ki, aksiya hələ də davam edir. Xüsusilə gənclər və tələbələr aksiyada canla-başla iştirak edir. Düşmən tərəf çalışır ki, məsələni yenə də beynəlxalqlaşdırılsın. Beynəlxalq qurumlar tərəfindən də yersiz qərarlar çıxarıldı. Bu Azərbaycana qarşı bir haqsızlıq idi. Ermənilər də bundan ruhlanıb və beynəlxalq monitorinq mərkəzini bura gətizdirmək istəyirlər. Guya ki, aksiyaya və Laçın yoluna nəzarət etsinlər. Burada blokadadan söhbət gedə bilməz. Çünki bu humanitar bir yoldur və 24 saat nəzarətdədir.

Təbii ki, düşmən bizi tərifləməyəcək. Çünki Laçın yolunun bağlanması səbəbindən çox böyük zərbə alıblar. Onlar artıq keçmişdəki hərəkətləri edə bilmirlər. Ona görə də məsələni beynəlxalqlaşdırıb Azərbaycana qarşı iftiralar edirlər.

Aksiya indi davam edir. Amma nə qədər davam edəcəyi bəlli deyil. Qarşı isə tərəf ipə-sapa yatmır. Hesab edirəm ki, aksiyanın başlanmasından bu günə qədər çox böyük dəstək və xeyir olub”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə