"Azərbaycan Prezidenti liderlik keyfiyyətləri ilə Hərəkata dinamika gətirdi" - DEPUTAT ŞƏRH ETDİ
"Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Bakıda keçirilən Zirvə Görüşü ilk növbədə dünyaya bəşəriyyətin qarşısında dayanan problemlərin həlli üçün qlobal həmrəyliyin zəruriliyi mesajını verdi və qarşılıqlı əməkdaşlıq nümunəsi kimi yadda qaldı". Bu sözləri SİA-ya açıqlamasında deputat Azər Kərimli deyib.
Onun sözlərinə görə, Zirvə görüşü çərçivəsində səslənən fikirlər, xüsusilə də Azərbaycan Prezidentinin qlobal təhlükəsizliyin və sülhün təmin olunması üçün BMT-də islahatların keçirilməsi, eləcə də sözügedən təsisatda Qoşulmama Hərəkatının funksional rolunun artırılması ilə bağlı irəli sürdüyü təşəbbüslər, ölkəmizin dünyada baş verən proseslərə ədalətli və obyektiv münasibətini nümayiş etdirdi. Bütövlükdə isə Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövrünü sözügedən hərəkatın tarixində ən məhsuldar dövr kimi qiymətləndirmək olar.
Deputat sözlərinə davam edərək bildirib ki, Azərbaycanın Qoşulmama Hərəkatının sədri kimi irəli sürdüyü təşəbbüs nəticəsində BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılması, mühüm əhəmiyyət kəsb etməklə yanaşı, hərəkatın qlobal proseslərin fəal iştirakçısına çevrilməsinə zəmin yaratdı: "BMT-nin və Qoşulmama Hərəkatının tarixində ilk dəfə, məhz hərəkatın təşəbbüsü ilə xüsusi sessiyanın çağırılması, Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin təsis olunması və Bakı konfransının keçirilməsi hesab edirəm ki, Azərbaycan təşəbbüslərinin nə qədər mühüm əhəmiyyətə malik olduğunu bir daha sübuta yetirir: "Azərbaycan Prezidenti öz yüksək liderlik keyfiyyətləri ilə Qoşulmama Hərəkatına dinamika və yeni nəfəs gətirdi və bu mühüm amillər şübhəsiz ki, Qoşulmama Hərəkatının tarixində öz önəmli rolunu oynayacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB