"Azərbaycanın sədrliyi dönəmində təşkilata yeni nəfəs gəldi" - POLİTOLOQ ŞƏRH ETDİ

"Qoşulmama Hərəkatının Bakı zirvəsi Azərbaycanın qlobal müstəvidə geosiyasi mövqeyinin güclənməsinin göstəricisidir. Həmçinin, Azərbaycan regionda 2019-2023-cü illərdə sədrliyi dönəmində Qoşulmama Hərəkatının beynəlxalq müstəvidə inkişafına böyük təkan verdi". Bu sözləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin bu istiqamətdə siyasəti bu Hərəkatı beynəlxalq miqyasda aparıcı təşkilat səviyyəsinə qaldırdı: "Qoşulmama Hərəkatı təşkilatına məhz Azərbaycanın sədrliyi dönəmində yeni nəfəs gəldi. Ard-arda keçirilən görüşlər, həmçinin Qoşulmama Hərəkatının parlament şəbəkəsinin formalaşdırılması birbaşa Azərbaycanın təşəbbüsü ilə həyata keçirilib. Ümumiyyətlə, Bakıda keçirilən bu görüşdə humanitar, təhlükəsizlik, nəqliyyat və dünyanı narahat edən məsələlər müzakirə olundu və həlli yolları göstərildi. Bu bir daha göstərdi ki, Azərbaycanın uğurlu sədrliyi bu təşkilatın daha çox davamlılığına gətirib çıxaracaq. Bu görüşdə iştirak edən hökumət başçıları, nazirlər və digər ictimai-siyasi xadimlər əmin oldular ki, Azərbaycan kiçik ölkə olmasına baxmayaraq dünya siyasi vizyonuna yön verən ölkələrdəndir. Burada verilən mesajlar dünya nizamının formalaşmasında xüsusi rol oynayacaq".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə