Ermənistan silahlı bölmələrinin atəşinə cavab atəşi açılıb

Ermənistan silahlı bölmələrinin atəşinə cavab atəşi açılıb

Müdafiə Nazirliyi Azərbaycan Ordusu tərəfindən Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Yuxarı Şorca istiqamətində mövqelərinin atəşə tutulması ilə bağlı erməni mətbuatının yaydığı məlumatı şərh edib.

SİA-nın əldə etdiyi məlumata görə, Müdafiə Nazirliyinin şərhində deyilir: “Azərbaycan Ordusunun mövqelərini atəşə tutan Ermənistan silahlı qüvvələrinin bölmələrinə qarşı cavab atəşi açılıb.

Bundan sonra da bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görüləcək”.

Bütün xəbərlər Facebook səhifəmizdə