Qanunvericilikdə siyasi sistemin təkmilləşdirilməsi: daha uğurlu nəticələrə doğru ŞƏRH
Əldə edilən nailiyyətlərin hər birinin təməlində uğurlu siyasi sistemin təkmilləşdirilməsi və inkişaf etdirilməsi faktları dayanmaqdadır
Azərbaycan Prezidenti İlham Əliyevin uzaqgörən və uğurlu siyasəti nəticəsində ölkəmizdə digər sahələrlə yanaşı, qanunvericilikdə siyasi sistemin təkmilləşdirilməsi sahəsində də kifayət qədər münbit nəticələr əldə olunmaqdadır.
O da əbəs deyil ki, dövlətimizin başçısı öz çıxışlarında dəfələrlə bəyan edib ki, ölkəmizdə aparılan genişmiqyaslı və çoxşaxəli islahatlara, onların dərinləşməsi işinə verilən töhfələr davamlı xarakter alıb.
Prezidenti İlham Əliyev ilk gündən müəyyən geosiyasi reallıqlardan çıxış edərək demişdir ki, sürətli demokratik yeniliklər cəmiyyətdə yalnız təkamül yolu ilə, mərhələli şəkildə bərqərar ola bilər
Bu reallıq həm də belə qənaətə gəlməyə zəmin yaradır ki, ölkəmizdə hər sahədə gedən sürətli, genişmiqyaslı islahatlar qanunvericilik bazasına daha fərqli baxışlarla baxmaq, daha intensiv çalışmaq, daha texnoloji düşünmək zərurətini önə sürür. Həmçinin, irəli sürülən onlarla müasir ideya, yeni dövrlə uyğunlaşan qanun layihələri, xalq-parlament ünsiyyətini daha da önə çıxarmağa təkan verəcək kreativ təşəbbüslər uğurlu nəticələrini verməkdədir. Belə ki, yürüdülən məqsədyönlü siyasətin əsas mövqeyi, atılan bütün addımlar müstəqil Azərbaycanın daha da möhkəmlənməsi, güclü iqtisadi potensialın yaradılması, siyasi islahatların dərinləşməsi və xalqımızın təhlükəsiz şəraitdə, rifah içində yaşamasına yönəlib. Azərbaycan Prezidenti İlham Əliyev ilk gündən müəyyən geosiyasi reallıqlardan çıxış edərək demişdir ki, sürətli demokratik yeniliklər cəmiyyətdə yalnız təkamül yolu ilə, mərhələli şəkildə bərqərar ola bilər.
Hazırda proses böyük uğurla və sürətli templə davam edir
Fakt budur ki, həyata keçirilən islahatlar ölkəmizi yeni inkişaf mərhələsinə çıxarıb, Azərbaycanın dünya birliyindəki mövqeyini daha da möhkəmləndirib, ölkəmiz yeni inkişaf mərhələsinə qədəm qoyub. Xüsusilə, bu yaxınlarda siyasi partiyalar haqqında qəbul edilmiş yeni qanun da bu gerçəkliyi ehtiva etməkdədir. Hazırda proses böyük uğurla və sürətli templə davam edir.
Onu da qeyd edək ki, ki, ölkədə formalaşan yeni siyasi konfiqurasiya qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi üçün önəmli addımlar atılır və söz yox ki, bütün bunlar Azərbaycanda mövcud olan demokratik siyasi mühitin daha rentabelli tərəqqisinə geniş şəraitlər yaradır.
Həyata keçirilən təkmilləşdirmələr dövlətçilik maraqlarının qorunması və inkişafı çərçivəsindəki fəaliyyətlərə də mühüm impuls verir ki, nəticədə Azərbaycan istər yerləşdiyi regionda, istərsə də beynəlxalq aləmdə özünün uğurlu demokratiya meyarlarını nümayiş etdirir.
Bu baxımdan, əminliklə deyə bilərik ki, Azərbaycan bu gün dünyada çox etibarlı və ciddi tərəfdaş, qalib ölkə olaraq geostrateji mövqelərini xeyli gücləndirərək qlobal siyasi gücə çevrilib. Nəticəsi də budur ki, ölkəmizin beynəlxalq münasibətlər sistemindəki siyasi mövqeləri xeyli güclənib. Hazırda paytaxtımızın dünyanın qlobal problemlərinin həlli mərkəzinə çevrilməsi faktı da həmin reallığı isbatlamaqdadır. Təbii ki, əldə edilən nailiyyətlərin hər birinin təməlində uğurlu siyasi sistemin təkmilləşdirilməsi və inkişaf etdirilməsi faktları dayanmaqdadır.
Almaz HƏŞİMOVA,
YAP Füzuli rayon təşkilatının sədri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB