"Azərbaycanın ev sahibliyi onun nüfuzuna müsbət təsir göstərdi" - DEPUTAT ŞƏRH ETDİ

"Dünyada Birləşmiş Millətlər Təşkilatından sonra ən böyük təşkilat Qoşulmama Hərəkatıdır. Bu təşkilatın bünövrəsi ilk dəfə olaraq 1955-ci ildə İndoneziyada qoyulub". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Anar İsgəndərov deyib.

Onun sözlərinə görə, bu təşkilat yaranana qədər soyuq müharibə illərində dünyanı lərzəyə salan bir tərəfdən NATO, digər tərəfdən isə Varşava müqaviləsi təşkilatı var idi. Bu iki təşkilatlarla yanaşı başqa hərbi təşkilatlar da mövcud idi. Hansı dövlətlər ki, müharibədən uzaq idilər və bloklara qoşulmurdular, onlar Qoşulmama Hərəkatına üzv oldu. Bu Hərəkatın yarandığı gündən indiyə qədər 15 sammit keçirilib. Bu sammitlərin hər birində dünyada sülh və əmin-amanlıq olması, bir dövlətin digərinə ərazi iddiası etməməsi məsələləri diqqət mərkəzində olub. Amma Azərbaycan bu təşkilata daxil olandan sonra təşkilatın nüfuzunu qaldırdı. Azərbaycanın Qoşulmama Hərəkatına üzv olması və ev sahibliyi etməsi onun nüfuzuna xeyli müsbət təsir göstərdi".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə