“Hökumətlər və cəmiyyətlər regionda sülhə nail olmaq üçün birlikdə çalışmalıdırlar” - GEORGİ TATAR
Bölgədə sülh və rifahın bərqərar olması üçün iki ölkə hökumətlərinin istəyi, onların liderlərinin siyasi iradəsi lazımdır. Bunsuz çox şeyə nail olmaq mümkün deyil. Sülh quruculuğu həm də cəmiyyətin nümayəndələri arasında etimadın olmasını nəzərə almalıdır, çünki onlar prosesdə birbaşa iştirak etməsələr də, bu, onlara aiddir. SİA xəbər verir ki, bunu Soyqırım və Kütləvi Qırğınlara Qarşı Budapeşt Mərkəzinin direktoru Giorgi Tatar “Xocalı: Barışıq üçün etiraf et” beynəlxalq koalisiyası üzvləri, eləcə də yerli və xarici mətbuat nümayəndələrinin iştirakı ilə “Keçid ədaləti və dayanıqlı sülh” mövzusunda keçirilən dəyirmi masada deyib.
"Keçən ilin martında Vyanada qurduğumuz koalisiyamızda vətəndaş cəmiyyəti vasitəsilə tərəflər arasında dinc dialoqun qurulması məqsədilə biz iki icmaya kömək etmək istəyirik. Hökumətləri bu istiqamətdə daha cəsarətli addımlar atmağa çağırırıq", - G.Tatar bildirib.
O, həmçinin hər iki ölkənin vətəndaş cəmiyyətini sülhə nail olmaq yolları ilə bağlı birgə müzakirələrə çağırıb:
"Sülhün gəlməsi üçün fikir mübadiləsinə ehtiyac var, hər iki tərəf belə faciələrə nəyin səbəb olduğunu düşünməlidir. Bizim koalisiya ümid edir ki, BMT, İƏT və Srebrenitsa Anaları kimi digər təşkilatlar öz təcrübələrini və regiona sülh gətirəcək mexanizmləri bölüşməyə davam edəcəklər”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB