Azərbaycanın Moldovadakı səfiri yeni Baş nazirlə görüşüb

Azərbaycanın Moldovadakı səfiri yeni Baş nazirlə görüşüb

Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov bu ölkənin yeni Baş naziri Dorin Reçan ilə görüşüb. Səfirlikdən SİA-ya bildirilib ki, Qüdsi Osmanov Moldovanın Baş nazirinə vəzifəyə təyin olunması ilə bağlı Azərbaycanın Baş naziri Əli Əsədovun təbriklərini çatdırıb.

Görüşdə ölkələrimiz arasında ikitərəfli dostluq və əməkdaşlıq münasibətlərinin genişləndirilməsi üçün böyük potensialın olduğu vurğulanıb, eləcə də bu il nəzərdə tutulan müxtəlif dövlət qurumları rəhbərlərinin qarşılıqlı səfərləri müzakirə olunub. Həmçinin görüşdə aqrar və enerji sahələrində əlaqələrin inkişaf etdirilməsinin vacibliyi qeyd edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə