Münxen görüşünün əsas mahiyyəti sən demə... - DEPUTAT ŞƏRH ETDİ

“Münxen görüşünün ən əsas əhəmiyyəti ondan ibarətdir ki, Rusiya-Ukrayna savaşının gündəmdə olduğu qlobal bir platforma çərçivəsində keçirildi. Özü də bu üçtərəfli görüş Ermənistan rəhbərliyi iştirakı ilə Laçın yolunda olmayan blokadanın aradan qaldırılması mövzusunda baş tutur”. Bu sözləri SİA-ya açıqlamasında deputat Sahib Alıyev deyib.

Onun sözlərinə görə, üstəlik də Münxendə Cənubi Qafqazda təhlükəsizlik quruculuğu məsələsi ilə bağlı ayrıca plenar iclas təşkil edilir: “Yəni bununla da Ukraynada baş verənlərin əslində bizim regiondakı hadisələrin davamı olduğu nəzərə çatdırılır. Məhz bu zaman kimin Rusiyanın yanında olduğu, onun diqtəsi ilə hərəkət etdiyi, Abxaziya, Güney Osetiya, Donbas funksiyasını yerinə yetirdiyi, kimin bundan əziyyət çəkdiyi növbəti dəfə göz önünə sərildi. Beləliklə, Azərbaycan Prezidenti işğalçı və forpost olaraq Ermənistanın mahiyyətini oradakıların diqqətinə çatdırdı.

Münxen Konfransından dərhal sonra Vartanyanın “dövlət naziri” postundan uzaqaşdırılacağı haqda doğruluğu elə də şübhə doğurmayan xəbərlər də əslində Münxen görüşünün kimin xeyrinə sonunclandığının bir göstəricisidir".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə