“Əsir və girov götürülənlərə ağlasığmaz işgəncələr verilib“ - SİYASİ ŞƏRHÇİ DANIŞDI

“Əsir və girov götürülənlərə ağlasığmaz işgəncələr verilib“ - SİYASİ ŞƏRHÇİ DANIŞDI

“Ermənilər Birinci Qarabağ müharibəsi zamanı minlərlə azərbaycanlıya qarşı amansız müharibə cinayətləri törədib. Mülki insanlarımız xüsusi qəddarlıqla öldürülüb, əsir və girov götürülənlərə ağlasığmaz işgəncələr verilib. Onların çoxunun taleyindən hələ də heç bir xəbər yoxdur”. Bu sözləri SİA-ya açıqlamasında Trend BİA-nın Baş direktor müavini, siyasi şərhçi Sahil Kərimli deyib.

Onun sözlərinə görə, sirr deyil ki, azərbaycanlı əsirlər vəhşicəsinə qətlə yetirlib və kütləvi məzarlıqlarda dəfn edilib: “Bütün bu cinayətlərin məhsuliyyətini Ermənistanın o zamankı, eyni zamanda hazırkı hərbi-siyasi rəbhərliyi daşıyır. Ermənistan dövləti bu günə kimi kütləvi məzarlıqların yerini bildirmir, azərbaycanlı əsir və girovların taleyi barədə məlumat vermir. Azərbaycan öz ərazilərini işğaldan azad etdikdən sonra Qarabağ və Şərqi Zəngəzur ərazilərində onlarla belə kütləvi məzarlıqlar aşkarlayıb. Mərhumların qalıqlarına baxış keçirilərkən məlum olub ki, onlar işgəncələrlə qətlə yetirilib. Ermənistan dövləti bu səbədən Azərbaycanın tələb etdiyi məlumatları vermək istəmir. Çünki, məzarlıqlar aşkar edilərsə, ermənilərin növbəti vəhşi cinayətləri sübuta yetəcək. Azərbaycan dövləti bununla bağlı beynəlxalq dairələrə dəfələrlə müraciət edib, məsələ mötəbər tribunalardan səsləndirilib, danışıqlar masasında diqqətə çatdırılıb. Amma Ermənistan yenə də beynəlxalq hüquqa qarşı açıq hörmətsizlik edir. Biz tam əminik ki, bu ədalətsizlik çox davam edə bilməz. Azərbaycan xalqına qarşı kütləvi soyqırım cinayətləri törədən Ermənistan gec-tez bu haqsızlığın hesabını verəcək”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə