Sülhməramlıların iki yük avtomobili Xankəndi istiqamətinə keçib

Sülhməramlıların iki yük avtomobili Xankəndi istiqamətinə keçib

Rusiya sülhməramlılarına məxsus avtomobillər Laçın-Xankəndi yolunda təşkil olunan aksiya ərazisindən maneəsiz keçirlər.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu dəqiqələrdə sülhməramlılara məxsus iki yük avtomobili Xankəndi istiqamətinə keçib.

Bu, bir daha onu göstərir ki, heç də siyasi xarakter daşımayan aksiya humanitar məqsədlərə xidmət edir.

Qeyd edək ki, Ermənistan mətbuatında yayılan, etirazçıların guya Laçın-Xankəndi yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə