Azərbaycan-Rumıniya əməkdaşlığı yeni mərhələdə ŞƏRH

Azərbaycan-Rumıniya əməkdaşlığı yeni mərhələdə ŞƏRH

Rumıniya Prezidenti Klaus Yohannisin fevral ayının 2-də Azərbaycana səfəri zamanı verdiyi bəyanatda qeyd edir ki, ölkələrimiz bütün sahələrdə-istər siyasi, istər iqtisadi, istərsə də digər sahələrdə əməkdaşlığın inkişafı üçün siyasi iradə nümayiş etdirir. Hesab edirəm ki, bu səfərdən sonra qarşılıqlı anlayış şəraitində ölkələrimiz arasında bütün sahələrdə münasibətlərin inkişafı qarşılıqlı istəklərə əsaslanaraq daha da dərinləşəcək. Rumıniya Prezidenti Azərbaycana səfəri zamanı keçirdiyi görüşlər, baş tutan müzakirələr, qarşılıqlı faydalı əməkdaşlıq haqqında sənədlərin imzalanması ölkələrimiz arasındakı əlaqələrin yeni inkişaf perspektivlərinə gətirib çıxaracağına əsas verir. Hələ keçmiş Sosialist ölkələrinin mövcud olduğu dövrdən Azərbaycan və Rumıniya arasında xoş münasibətlərin olması, bu əlaqələrin müstəqillik illərində daha da möhkəmlənməsinə zəmin yaratmışdır. Ölkəmiz müstəqil dövlət kimi dünyanın siyasi xəritəsində yer aldığı ilk dövrlərdən başlayaraq Rumıniya daim Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və beynəlxalq qurumlarda Azərbaycanın qaldırdığı məsələlərə hörmətlə yanaşan ölkə olmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev görüş zamanı bildirib ki, Rumıniya Prezidentinin ölkəmizə səfəri hər iki ölkə üçün çox mühüm əhəmiyyət kəsb edir. Bizim gələcək əlaqələrimiz üçün heç bir maneə yoxdur. Bizim bir çox sahələrdə əməkdaşlıq etmək üçün əlverişli şərait var. Azərbaycan Rumıniya üçün enerji təhlükəsizliyi baxımından mühüm əhəmiyyət kəsb edir. Energetika sahəsində əməkdaşlıq, həmçinin ticarət dövriyyəsinin şaxələndirilməsi, qarşılıqlı biznes mühitinin formalaşması, qarşılıqlı sərmayə qoyuluşu baxımından Azərbaycan-Rumıniya əməkdaşlığının dərinləşməsi üçün çox böyük perspektivlər mövcuddur. SOCAR-ın Rumıniyada 70-ə yaxın Yanacaq doldurma stansiyaları və bazaları mövcuddur. Təbii qazın Ruminiyaya çatdırılması, eləcə də digər Avropa ölkələrinə nəql edilməsi sahəsində əldə edilən razılaşma hər iki ölkənin maraqlarına cavab verir. Rumıniya Prezidentinin Azərbaycana səfəri çərçivəsində əldə edilən razılaşmalar hər iki ölkənin gələcək qarşılıqlı faydalı əməkdaşlığı üçün yeni mərhələnin təməlini qoydu.

Nazim Bünyatov

YAP Ağcabədi rayon təşkilatının sədr müavini

Bütün xəbərlər Facebook səhifəmizdə