Gədəbəydə şəhid Seymur Əsgərovun məzarı ziyarət olunub FOTOLAR

02.02.2023-cü il tarixdə 44 günlük Vətən müharibəsində Şəhid olan Gədəbəy rayonunun Novosaratovka kənd sakini Ələsgərov Seymur Əli oğlunun ad günü münasibətilə YAP Gədəbəy rayon təşkilatının əməkdaşları, Gədəbəy rayon RİH Başçısı aparatının məsul işçiləri, Gədəbəy şəhər Cümə məscidinin imamı Rövşən Mustafayev və kənd camaatının iştirakı ilə məzarı ziyarət olundu, ruhuna dualar oxundu, əziz xatirəsi böyük ehtiramla yad edildi. Şəhid atası dövlət tərəfindən onlara göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevə, Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirdi. Allahdan bütün Şəhidlərimizə rəhmət diləyir, onları dərin ehtiramla anır, ruhları qarşısında baş əyirik!

Bütün xəbərlər Facebook səhifəmizdə