02 fevral 2023-cü il tarixdə Xızı rayonu Heydər Əliyev Mərkəzində “ 2 fevral Gənclər günü” münasibəti ilə tədbir keçirildi.Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Xızı rayon təşkilatının sədri Ayaz Quliyev əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün cənab prezident İlham Əliyev tərəfindən davam etdirilən “Dövlət Gənclər siyasəti” ndən danışdı və bildirdi ki, ölkədə gənclərin irəli çəkilməsi, gənclər üçün şəraitin yaradılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
Sonra Gənclər və İdman İdarəsinin rəisi Kamran Quliyev, Səfərbərlik və Hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin Xızı rayon bölməsinin rəisi, polkovnik-leytenant Gündüz Abdullayev, Xızı rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Abdulla Hüseynov bu münasibətlə gəncləri təbrik etdilər, Xızı rayon Gənclər və İdman idarəsinin rəis müavini Elyanar Hüseynov, Xızı şəhər tam orta məktəbinin müəllimi Xatın Abadova mövzu ətrafında çıxış edərək bildirdilər ki, ölkəmizdə gənclərin hərtərəfli inkişafı, yüksək təhsil alması və sağlam həyat tərzi keçirməsi üçün bütün imkanlar yaradılmışdır. Azərbaycan gəncləri dövlətimizin qayğısına cavab olaraq hər bir sahədə fəallıq göstərərək, ölkəmizin tərəqqisinə mühüm töhfələr verirlər.
Çıxışlardan sonra Xızı rayon Gənclər və İdman idarəsi tərəfindən hazırlanmış keçən il ərzində keçirilmiş tədbirləri özündə əks etdirən videoçarx izlənildi.
Daha sonra rayonun ictimai – siyasi həyatında fərqlənən gənclərə və partiya fəallarına YAP Xızı rayon təşkilatı , Gənclər və İdman idarəsi tərəfindən fəxri fərmanlar , hədiyyələr təqdim olundu və Yeni Azərbaycan partiyası üzvlüyünə yeni qəbul olunan gənclərə partiya vəsiqələri təqdim edildi.
Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində təşkil olunmuş Xızı rayon yeniyetmə və gənc rəssamlarının hazırladığı əl işlərindən ibarət sərgiyə baxış keçirdilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB