Tehran rejiminə məxsus sarı mətbuatın həyasız təbliğatı davam edir TƏRS BAXIŞ+ÖZƏL

Davamlı olaraq antisemit fəaliyyəti ilə gündəmdə olan “İslam respublikasının” sarı mediası bu vasitə ilə özünü daha rəzil situasiyaya doğru sürükləyir

Azərbaycan səfirliyinə edilən terror hücumundan sonra Tehran rejiminin bu və ya digər şəkillərdə sərgilədikləri həyasız davranışları hazırda da davam etməkdədir. Belə ki, indiyə qədər Tehran rejiminin parlamentində, ali dini dairələrində və s. dövlət və hakimiyyət strukturlarında Azərbaycan dövlətinə və xalqına qarşı səslənən təhdidlərin ardınca rejimə bağlı sarı mətbuat da öz ağzın davranışlarını rəzil “ideyaları” və təhqir vasitələri ilə ortaya çıxarır. Daha dəqiq desək, Azərbaycanın Cənubi Qafqaz regionunda həyata keçirdiyi müstəqil siyasətini, o cümlədən, İsrail dövləti ilə strateji əməkdaşlığını həzm edə bilməyən rejim yalnız anti-Azərbaycan deyil, həm də antisemit xarakterli məlumatları ilə bulandırdığı suyu daha da qarışdırır.

Tehran rejimi bu iki dost ölkənin – Azərbaycanla İsrailin bir araya gəlməsindən ciddi şəkildə hürkür

Bu dəfə daha da azğınlaşan və quduzlaşan Tehran rejiminə bağlı sarı media aşkar həyasızlıqla Azərbaycan və İsrail dövlətlərinin ali rəhbərliklərinə dil uzadıb. Məlum olub ki, hələ ötən ilin noyabr ayından bu ölkədə başlanan antisemit kampaniyaya “Javan” adlı sarı qəzet rəhbərliyi başçılıq edir. Belə ki, adıçəkilən tualet kağızı ayətullah Mzaherinin oğluna mənsubdur. Bu “orqan” özünün manşet səhifəsində iki dost ölkənin – Azərbaycanın və İsrailin ali siyasi rəhbərliyini hədəfə alan “Bakı üçün Tel-Əviv tələsi” başlıqlı yazı ilə çıxış edib. Əslində isə fakt budur ki, Tehran rejimi bu iki dost ölkənin bir araya gəlməsindən ciddi şəkildə hürkür. Əgər belə olmasa idi həmin “qəzet” İsraillə Azərbaycan müdafiə nazirlərinin telefon danışığından bu qədər xoflanmazdı.

Gah cinayətkardan dövlət televiziyası kanalları üçün müsahibə alan, gah da terrorçunu “dəli” adı altında psixonevroloji xəstəxanaya göndərən bir hakimiyyətin düşdüyü rəzil durum

Maraqlıdır ki, Tehrandakı səfirliyimizə edilən terror hücumunu hələ də “şəxsi məişət zəminində” kimi qələmə verməyə cəhd göstərən bu sarı mətbuat parçası onu da iddia edir ki, guya “İran” hakimiyyəti həmin hadisənin istintaqını davam etdirir və s. Halbuki, burada gizli heç nə yoxdur – ortada açıq-aşkar terror aktı dayanıb və həmin terror aktının həyata keçirilməsinin sifarişçisi Tehran rejiminin xüsusi kəşfiyyat orqanlarıdır. Terroru törədən şəxs isə bu orqanlar tərəfindən cəlb edilmiş cinayətkardır. Bu qədər bəsit reallığı hələ də gizlətməyə cəhd edən, gah cinayətkardan dövlət televiziyası kanalları üçün müsahibə alan, gah da terrorçunu “dəli” adı altında psixonevroloji xəstəxanaya göndərən bir hakimiyyətin düşdüyü rəzil durum də məhz budur və həmin rəzillik indi də rejimin “mediasına” bulaşıb. Bundan isə əslində təəccüblənməyə də dəyməz.

“Javan” iddia edir ki, Azərbaycanda ifşa edilən casus şəbəkəsinin ümumiyyətlə “İrana” bağlılıqları yoxdur və s. Halbuki casus şəbəkələrinə bağlı ifşa edilən şəxslər artıq Tehran rejiminə işlədiklərini etiraf ediblər.

Tehran rejiminin qondarma “iş adamları” adı altında göndərdiyi informatorlarından fərqli olaraq...

“Qəzet” digər tərəfdən ona da eyham vurur ki, Azərbaycanda İsraildən olan heç bir iş adamlarına toxunulmur. Lakin unudur ki, İsraildən olan iş adamları, nüfuzlu biznesmenlər bu ölkədə doğru-dürüst fəaliyyət göstərirlər və ölkənin təhlükəsizliyinə əsla və heç vaxt təhlükə yaratmırlar. Əksinə, Azərbaycanın inkişafı üçün çalışırlar. Təbii ki, Tehran rejiminin qondarma “iş adamları” adı altında göndərdiyi informatorlarından fərqli olaraq...

Ayətullahın oğluna bağlı “qəzet” ona da işarə edir ki, Bakı Zəngəzur dəhlizi ilə bağlı İrana qarşı təzyiqlərini artırmaq üçün İsrailin köməyinə arxalanır. Lakin “sionistlərin” mövcudluğu Azərbaycanın “təhlükəsizliyini” təmin edə bilməyəcək və s. Belə bir sərsəm iddianın isə belə bir cavabı da var: Azərbaycan özü-öz təhlükəsizlitini təmin edir və lazım olanda öz dostlarına, qardaşlarına güvənir, daha qondarma “islam respublikası” adı altında fəaliyyət göstərən, erməni işğalçıları ilə dodaq-dodağa öpüşən fars şovinistlərinə deyil!

Gedib aftafa ilə unitazın məhəbbət tarixçəsini dərindən araşdırsınlar...

Xatırladaq ki, “Javan” adlı sarı kağızın “məqaləsi” “Fərda” adlı digər tualet kağızında və başqa sarı kağızlarda da dərc edilib. Yeri gəlmişkən, “Javan”a rəhbərlik edən şəxs ayətullah oğludursa, “Fərda”ya rəhbərlik edən birbaşa SEPAH-a bağlı olan və vaxtilə İRNA dövlət agentliyində çalışan “jurnalistə” məxsusdur. Necə deyərlər, hər şey ovuc içində olduğu kimi görünməkdədir.

Sonda isə daha yaxşı olardı ki, Tehran rejimi ağlına və ağzına gələn zəhərli üfunətləri özlərinin tualet kağızlarına püskürməkdənsə gedib aftafa ilə unitazın məhəbbət tarixçəsini dərindən araşdırsınlar...

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə