Şamaxıda Gənclər Gününə həsr olunmuş tədbir keçirilib FOTOLAR

Şamaxıda Gənclər Gününə həsr olunmuş tədbir keçirilib FOTOLAR

Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatında YAP Şamaxı rayon təşkilatının və Azərbaycan Təhsil işçiləri Azad Həmkarlar İttifaqı Şamaxı rayon komitəsi ilə birgə Gənclər gününə həsr olunmuş tədbir keçirilmişdir.

Tədbirə başlamazdan öncə xalqımızın Ümummilli lideri Heydər Əliyevin və vətən uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Tədbiri giriş nitqi ilə açan Azərbaycan Təhsil işçiləri Azad Həmkarlar İttifaqı Şamaxı rayon komitəsinin sədri Fuad Nəsirov çıxış edərək bildirmişdir ki, gənclik bir millətin yaşaması, inkişafı üçün təməl daşıdır. Bir millətin mövcud olması üçün onun sağlam gəncliyinin olması vacib şərtdir. Çünki hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli potensial kadrların yetişdirilməsindən, onların aparıcı qüvvəyə çevrilməsindən çox asılıdır. Bu baxımdan, ölkəmizdə gənclərlə iş sahəsində görülən tədbirlər Azərbaycan gəncliyinin inkişafına təkan vermiş, onların cəmiyyətdə özlərini təsdiq etməsində böyük rol oynamışdır. Bu gün gənc nəslin düzgün yetişdirilməsi ölkə siyasətində önəmli yer tutur. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar.

Sonra Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı vurğulamışdır ki, Ümummilli liderimiz Heydər Əliyev öz siyasətində daima gənclərə qayğı göstərmiş, onların bir fərd kimi yetişməsinə xüsusi önəm vermişdir. Ulu Öndər Heydər Əliyev respublika rəhbərliyinə gəldiyi ilk dövrlərdən gənclərin himayədarı kimi çıxış edərək sağlam düşüncəli yeni nəslin yetişdirilməsi sahəsində misilsiz işlər görmüşdür. Hakimiyyətə gəldiyi ilk günlərdən başlayaraq gənclər siyasəti ilə bağlı bir cox fərman və sərəncamlar imzalayan Ulu Öndər gənclərin milli və vətənpərvər ruhda tərbiyəsinə həmişə önəm vermişdir.

Daha sonra Şamaxı rayon İcra Hakmiyyəti Başçının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Mehriban Eyubova və Şamaxı şəhər 6 saylı tam orta məktəbində həmkarlar komitəsinin ilk təşkilat sədri Ruhiyyə Əsgərova qeyd etmişlər ki, ölkəmizdə məqsədyönlü şəkildə həyata keçirilən işlərin nəticəsi olaraq bu gün müasir Azərbaycan gəncliyi yeni inkişaf mərhələsinə qədəm qoyub. Ölkə rəhbəri tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasətinin düzgünlüyünü bu sahədə qazanılmış uğurlu nəticələr də təsdiqləyir. Bütün bunlar deməyə əsas verir ki, ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasəti gələcək nəslin intellektual səviyyəsinin artmasına da olduqca müsbət təsir göstərir. Təhsil sahəsində aparılan islahatlar da gənclər siyasətinin ən vacib istiqamətlərindən biridir.

Tədbirin sonunda bir sıra gənclər Fəxri Fərmanla təltif olundu və hədiyyələr verildi.

Bütün xəbərlər Facebook səhifəmizdə