“Xain hücum molla rejiminin terrorçu rejim olduğunu təsdiqləyir” AÇIQLAMA

“Xain hücum molla rejiminin terrorçu rejim olduğunu təsdiqləyir” AÇIQLAMA

“Fars-molla rejimi sivil, demokratik dünyadan təcrid olunub. Çünki fəaliyyətini ancaq müxtəlif ölkələrdə terror törətməklə nümayiş etdirir. “Hüzbullah”, “Həmas” və bu kimi qanlı terror törətmələri ilə tanınan təşkilatlar bilavasitə molla rejimi tərəfindən yaradılıb”. Bu fikirləri açıqlamasında Yeni Azərbaycan Partiyasının Göyçay rayon təşkilatının sədr müavini Laçın İsmayılov deyib. Onun sözlərinə görə, 27 yanvar 2023-cü il tarixdə səhər saatlarında Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə edilən xain hücum molla rejiminin terrorçu rejim olduğunu bir daha dünyaya nümayiş etdirdi: “Xain hücum zamanı səfirliyimizin mühafizə xidmətinin rəisi Əsgərov Orxan Rizvan oğlu şəhid edildi, iki nəfər səfirlik əməkdaşı isə yaralandı. Söz yox ki, bu terror aktını molla rejiminin xüsusi xidmət orqanları əvvəlcədən hazırlayıb. Terrorçunun SEPAH-ın əməkdaşı olması da yayılan məlumatları təsdiqləyir və sübuta yetirilir ki, molla rejimi dünya üçün təhlükə mənbəyidir”.

Laçın İsmayılov onu da bildirdi ki, molla rejimi məhv edilməsə, islam dünyasının birləşməsi çətin olacaq: “Əksər müsəlman ölkələrində baş verən qanlı toqquşmalarda molla rejiminin rola var. Azərbaycanın 44 günlük Vətən müharibəsində Ermənistan üzərində parlaq qələbə qazanıb, torpaqlarını azad etməsi molla rejimini ciddi narahat edib. Hər vəchlə Ermənistanı silahlandırmağa, ona hərbi, siyasi dəstək verməklə yenidən dirçəlməyə çalışır. 30 ilə yaxın bir müddətdə Ermənistanın işğal etdiyi ərazilərimizin dağıdılmasında, məscidlərimizin təhqir edilməsində, tarixi abidələrimizin dağıdılmasında molla rejiminin Ermənistanın terrorçu qüvvələri ilə iş birliyində olub. Molla rejimi sərhədlərimizə yaxın ərazilərdə hərbi təlimlər keçirməsi Azərbaycana qarşı təhdid metodu idi. Ancaq niyyətləri və məqsədləri iflasa uğradı. Türk dünyasının birliyi, Azərbaycan-Türkiyə birgə hərbi təlimləri molla rejiminin başına vurulan dəmir yumruq oldu. Əminəm ki, fars -molla rejiminin sonu uzaqda deyil. Yaxın vaxtlarda güneyli soydaşlarımız öz azadlıqlarına qovuşacaqlar. Azərbaycan bütövləşəcək və tarixi ədalətsizliyə son qoyulacaq. Bununla həm də daha bir terrorçu dövlətin varlığına son qoyulacaq”.

Bütün xəbərlər Facebook səhifəmizdə