"Məşğulluqla bağlı insanlar ciddi əziyyət çəkir" - JALƏ ƏHMƏDOVA

"Məşğulluqla bağlı insanlar ciddi əziyyət çəkir" - JALƏ ƏHMƏDOVA

"Məşğulluqla bağlı insanlar ciddi əziyyət çəkir. Vətəndaşları müvafiq qurumlara yollayırıq ki, işlə təmin etsinlər. Məsələ həllini tapsa da, bu, düzgün sistem deyil". SİA xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Milli Məclisinin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında deputat Jalə Əhmədova deyib.

Onun sözlərinə görə, millət vəkili bu məsələlərdə nüfuzundan istifadə etməməlidir: "Müvafiq qurumlar vətəndaşları məşğulluq idarələrinə yönləndirməlidirlər ki, vakansiyalar insanlara təqdim olunsun. Burada problem məşğulluq idarələrində deyil. Onlar işə ehtiyacı olan vətəndaşdan xəbərdar olmalıdır ki, vətəndaşa vakansiyanı təqdim etsin. Bu sahədə ciddi bir sistem olmalıdır".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə